SON XƏBƏRLƏR

Kürdlər suverenliyin qorunmasını istəyir

2021.10.20, 07:36
Kürdlər suverenliyin qorunmasını istəyir

Gunaz.tv
Kürdlər suverenliyin qorunmasını istəyir article_1221738274.gif Kürdlər, ABŞ ilə gəlinəcək təhlükəsizlik razılığında ölkə suverenliyinin qorunmasını istəyir QayNar: İraqın şimalında yerləşən regional Kürd hökuməti Divanının sədri Fuad Hüseyn, Bağdad və Vaşinqton arasıda imzalanması gözlənilən uzun müddətli təhlükəsizlik anlaşması ilə əlaqədar olaraq, kürd tərəfinin anlaşmada ölkə suverenliyinin qorunması və razılaşmanın iraqlıların xeyrinə olmasını istədiklərini söylədi. Divan sədri Hüseyn, anlaşmada demokratiya və federalizmin də nəzərə alınmasının vacibliyini qeyd etdi. Hüseyn, Livanda yayımlanan "Darül Həyat" qəzetinin bugünkü sayına verdiyi açıqlamada, Kürd regionunun lideri Məsud Bərzani ilə ABŞ-ın Bağdad səfiri Ryan Kroker arasında dünən bir görüş keçirildiyinə diqqət çəkərək bu görüşdə Bağdad-Vaşinqton arasında imzalanması gözlənilən təhlükəsizlik anlaşmasının bütün məsələlərinin müzakirə edildiyini qeyd etdi. Kürdlərin sözügedən təhlükəsizlik anlaşması ilə əlaqədar münasibətinə toxunan Hüseyn, "Kürdlər, razılaşmada ölkə suverenliyinin qorunması və razılığın iraqlıların xeyrinə olması şəklində imzalanmasını istəyir" dedi. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar