SON XƏBƏRLƏR

Putin Rusiya və Azərbaycanın «köhnə dostlar» olduğunu deyir

2021.10.20, 07:36
Putin Rusiya və Azərbaycanın «köhnə dostlar» olduğunu deyir

Gunaz.tv
Putin Rusiya və Azərbaycanın «köhnə dostlar» olduğunu deyir ukbt1dfm.gif Rusiya prezidenti: «Ölkələrimiz MDB-də ən yüksək iqtisadi tempə malikdirlər» İlham Əliyev : «Bizim münasibətlərimiz təkcə siyasi xarakter daşımır» Azərbaycan prezidenti İlham Əliyev Moskvaya səfəri çərçivəsində Rusiyanın baş naziri Vladimir Putinlə görüşüb. APA-nın «İTAR-TASS» agentliyinə istinadən yaydığı məlumata görə, Vladimir Putin Rusiya və Azərbaycan arasında siyasi və iqtisadi münasibətləri son dərəcə yüksək qiymətləndirib. O, hər iki ölkənin MDB daxilində ən yüksək iqtisadi inkişaf tempinə malik ölkələr olduğunu xatırladıb: «Bu il Azərbaycanda iqtisadi inkişaf tempi 18 faiz təşkil edib, Rusiyada isə ilin ilk yarısında bu rəqəm 8 faiz olub. Bu göstəricilər stabillik elementidir və biz bundan istifadə etməliyik». Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Rusiya ilə münasibətləri yüksək qiymətləndirdiyini bildirib: «Bizim münasibətlərimiz təkcə siyasi xarakter daşımır, bu, həm də səmimi münasibətlərdir. Ümidvaram ki, gələcəkdə biz uğurlarımızı daha da artıracağıq. Ölkələrimiz arasında ticarət dövriyyəsi hər il orta hesabla 50 faiz artır. Bununla paralel olaraq Azərbaycanın da iqtisadi qüdrəti güclənir». İlham Əliyev Azərbaycanda son illər büdcə xərclərinin 15 dəfə artdığını da bildirib. Vladimir Putin Azərbaycanın iqtisadi uğurları ilə yanaşı, ikitərəfli əlaqələri də inkişaf etdirməsinə yüksək qiymət verib: «Dövlətlərarası münasibətlər sürətlə inkişaf edir və mən bu prosesi müsbət qiymətləndirməliyəm. Sizi salamlamağa çox şadam. Köhnə dostlarınızı unutmamağınız bizim üçün çox xoşdur.bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar