SON XƏBƏRLƏR

ŞƏHRİYARIN VƏFAT ETDİYİ GÜNÜN İRAN MİLLİ ŞEİR GÜNÜ KİMİ TƏSİSİ EDİLMƏSİ TƏKLİF OLUNDU

2021.10.20, 07:36
ŞƏHRİYARIN VƏFAT ETDİYİ GÜNÜN İRAN MİLLİ ŞEİR GÜNÜ KİMİ TƏSİSİ EDİLMƏSİ TƏKLİF OLUNDU

Gunaz.tv
ŞƏHRİYARIN VƏFAT ETDİYİ GÜNÜN İRAN MİLLİ ŞEİR GÜNÜ KİMİ TƏSİSİ EDİLMƏSİ TƏKLİF OLUNDU Şərqi Azərbaycan bölgəsinin İslami İrşad və Mədəniyyət İdarəsinin baş direktoru Əhməd Əhmədi Məneş jurnalistlərə açıqlamasında Şəhriyarın vəfat etdiyi 17 sentyabrı İran Milli Şeir Günü elan edilməsinə tərəfdar olduğunu bildirib. «Media forum» saytının məlumatına görə, Məneş Şəhriyarın müasir İran ədəbiyyatının sönməz ulduzlarından olduğunu və onun müxtəlif şeir formalarında şah əsərlər yaratdığını və İran klassik şeirinin böyük nümayəndələri ilə eyni cərgədə dayandığını bildirib. Şəhriyarın Azərbaycan dilində yazdığı «Heydər babaya salam» və «Səhəndiyyə» poemalarını da yüksək qimətləndirən Məneş onları Şəhriyar ədəbi irsinin zirvəsi adlandırıb: «İran xalqının qəlbində həkk olunmuş yaradıcılığı Şəhriyarın ölüm gününün – 17 sentyabrın İran Milli Şeir Günü kimi tanımasına əsas verir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar