SON XƏBƏRLƏR

KƏRBƏLA ZİYARƏTİNDƏN QAYIDAN İRANLI ZƏVVARLARI İRAQDA DÖYÜBLƏR

2021.10.20, 07:36
KƏRBƏLA ZİYARƏTİNDƏN QAYIDAN İRANLI ZƏVVARLARI İRAQDA DÖYÜBLƏR

Gunaz.tv
KƏRBƏLA ZİYARƏTİNDƏN QAYIDAN ZƏVVARLARI İRAQDA DÖYÜBLƏR Sentyabrın 17-də İran-İraq sərhədində, Mehran gömrük keçid məntəqəsinin İraq hissəsində Kərbəla ziyarətindən qayıdan bir qrup iranlı zəvvar döyülüb. «Media forum» saytı xəbər verir ki, məntəqədə bir İraq əsgəri İrana keçmək istəyən zəvvarları naməlum səbəblər üzündən söyməyə başlayıb. Bunun ardınca digər sərhədçilər də iranlı zəvvaların mobil telefonlarını zorla əllərindən alaraq telefonlardakı şəkil və yazıları yoxlayıblar. Zəvvaların etirazı tərəflər arasında qarşıdurma ilə nəticələnib. İraqlı əsgərlər zəvvarları təpikləməyə başlayıblar. Üstəlik, zəvvarları həbs ediblər. Yalnız ABŞ qüvvələrinin nümayəndələri məntəqəyə gəlib məsələyə müdaxilə edəndən sonra zəvvalar azadlığa buraxılıblar. Hadisədə zəvvalardan bir neçəsinin bel və boyun nahiyəsindən ağır yaralandığı bildirilir. İrandan baş vermiş hadisəyə hələ ki, rəsmi münasibət bildirilməyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar