SON XƏBƏRLƏR

“Ergenekon”la bağlı daha bir nəfər həbs olunub

2021.10.20, 07:36
“Ergenekon”la bağlı daha bir nəfər həbs olunub

Gunaz.tv
“Ergenekon”la bağlı daha bir nəfər həbs olunub Türkiyədə terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində daha bir nəfər həbs olunub. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu gün İstanbul polisi vəkil Ləvənt Təmizi həbs edib və onun evində axtarış aparıb. Ülkü Ocaqlarının İstanbul şöbəsinin keçmiş rəhbəri olan L. Təmizin adı həbs edilmiş bəzi şəxslərin ifadələrində keçirdi. O, həbs olunmuş vəkil Kamal Kərinçsizin sədrlik etdiyi Böyük Hüquqçular Birliyinin İdarə Heyətinin üzvüdür. -------------------------------------------------------------------- “Ordunun döyüş hazırlığının artırılması istiqamətində ciddi addımlar atılıb” Bu gün Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, E. Səfərov son 9 ayda Azərbaycan Silahlı Qüvvələrində bütün qoşun növləri üzrə hərbi təlimlər keçirildiyini bildirib: “Tabor, briqada və korpus səviyyəsində aparılan hərbi təlimlər müdafiə naziri, general-polkovnik Səfər Əbiyev tərəfindən şəxsən izlənib. Son aylarda şəxsi heyətin döyüş hazırlığının artırılması istiqamətində görülən işlər yüksək nəticə verib”. E. Səfərov beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində də addımlar atıldığını deyərək bu ilin 9 ayı ərzində 700-dən çox Azərbaycan hərbçisinin 200-dən artıq beynəlxalq tədbirdə iştirak etdiyini söyləyib: “NATO ilə əməkdaşlığımız da yüksək səviyyədə davam etdirilir”. Mətbuat sözçüsü Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının sayının artırılacağını da xatırladıb: “Əfqanıstandakı Azərbaycan tağımı türk taborunun tərkibində xidmət edirlər. Onların sayı 45 nəfərdir. Bizim tağım xidmət keçdiyi ərazidə sursat anbarlarının, Kabil şəhərindəki teleradio qülləsinin mühafizəsini həyata keçirir və patrul xidmətini aparır”. Bu il yanvarın 29-da qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısı ilə bağlı sualı cavablandıran E. Səfərov qəzanın səbəblərinin araşdırılması istiqamətində müvafiq işlər görüldüyünü vurğulayıb: ““Qara qutu”nun oxunmasında çətinlik var. Mütəxəssislər deyirlər ki, bir dəqiqə ərzində ora yüzlərlə qeyd düşüb. Onların mükəmməl oxunub başa çatdırılması çətindir. Buna baxmayaraq, iş davam etdirilir. İnanıram ki, məsələ bitəcək və Müdafiə Nazirliyi müvafiq məlumatları ictimaiyyətə çatdıracaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar