SON XƏBƏRLƏR

QIZI DEYİR Kİ, ŞƏHRİYARIN ƏLYAZMALARI YAXŞI QORUNMUR

2021.10.20, 07:36
QIZI DEYİR Kİ, ŞƏHRİYARIN ƏLYAZMALARI YAXŞI QORUNMUR

Gunaz.tv
QIZI DEYİR Kİ, ŞƏHRİYARIN ƏLYAZMALARI YAXŞI QORUNMUR 908.jpg Güney Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın qızı Məryəm Behcət Təbrizi jurnalistlərə açıqlamasında atasının Şəhriyar Ədəbi Muzeyində qorunan əlyazmalarının saxlanma şəraitindən narahat olduğunu bildirib. «Media forum» saytının məlumatına görə, M.Behcət əlyazmaların Milli Sənədlər Təşkilatına köçürülməsi təklifi ilə müvafiq orqanlara müraciət etdiyini, ancaq bir nəticə almadığını vurğulayıb: «Bu əlyazmaların daha yaxşı və etibarlı saxlanması üçün dəfələrlə onların Milli Sənədlər Təşkilatına köçürülməsini təklif etmişik. Lakin hələ ki, bir nəticə ala bilməmişik». O, Şəhriyar Ədəbi Muzeyinin açılış mərasimində muzeyə müvəqqəti verdiyi əlyazmaları bu günə qədər geri ala bilmədiyini də bildirib. Şəhriyarın qızı şairin bütün əsər və əlyazmalarının qorunub saxlanması üçün Şəhriyar Ədəbi Fondunun yaradılmasını zəruri saydığını və bu işdə hökumətin təşəbbüs göstərməsini vacib hesab etdiyini vurğulayıb. Şairin qızı Şəhriyarın bir sıra şeirlərinin bu günə qədər işıq üzü görmədiyini və bu əsərlərin əlyazma şəklində qohum-əqrəbada və dostlarda saxlandığını bəyan edib. Şəhriyar 1905-ci ildə Təbrizdə doğulub. 1988-ci ildə Tehranın Mehr xəstxanasında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şair Təbrizin Surxab məhəlləsində yerləşən «Məqbərətülşüəra»da basdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar