İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
“Rusiya və Azərbaycan Qafqaz regionunda baş verən son hadisələri, ölkələrin regionda münasibətlərin və sabitliyin artan inkişafında maraqlı olmasını nəzərə almaqla saatlarını tutuşdurmalıdır”. Rusiya prezidenti Dmitri Medvedyev bu sözləri azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdən sonra bildirib. Təbii ki, Rusiya Federasiyasının başçısı bunu deyərkən yalnız öz ölkəsi ilə Azərbaycanın saat fərqini nəzərdə tutmayıb. Bu bəyanatın arxasında həm də imperiya varisinin Cənubi Qafqazın digər postsovet ölkəsinə ünvanladığı ciddi mesajlar dayanır. Təbii ki, Azərbaycanın ehtiyatlı şəkildə də olsa, Qərbə inteqrasiya xətti tutması, Moskvanın iradəsinə zidd olaraq Gürcüstana yardımlarını davam etdirməsi, iri enerji layihələrini məhz ABŞ-ın, Avropanın maraqlarına uyğun gerçəkləşməsinə razılıq verməsi Kremlin xoşuna gəlmir. Bu mənada Kreml başçısı Azərbaycanı Gürcüstanın başına gələnlərdən dərs götürməyə çağırır. Politoloq Rasim Musabəyovun fikrincə, Rusiyanın bu mərhələdə əsas məqsədlərindən biri Azərbaycanın son hadisələrə dəstəyini almaq idi: “Rusiyanın istəyi o idi ki, Azərbaycan nəinki özünü Rusiyaya qarşı aparmasın, əksinə, ona dəstək versin. Təbii ki, bu da qeyri-mümkündür. Adətən Rusiya rəhbərliyi bir çox görüşlərdə ya o biri tərəfdən hansısa ifadələri gözləyir, ya da özü qarşı tərəfin boynuna qoyur ki, ”söhbət apardıq, Rusiyanın mövqeyini çatdırdıq". Ancaq bu dəfə bunların heç biri baş vermədi. Bu isə o deməkdir ki, Azərbaycan heç də Rusiyaya “pas” verməyə meylli olmayıb. İlham Əliyevlə görüşdə Putin çox şey danışdı, İlham Əliyevsə bir məqamı vurğuladı ki, Azərbaycan öz siyasi kursunu Rusiya ilə paralel şəkildə həyata keçirir. Yəni biz nə sizinlə qarşı-qarşıya gəlmək, nə də arxanızca sürünmək niyyətində deyilik. Bu isə Azərbaycanın müstəqil siyasət yürütməkdə davam edəcəyinin nümayişi idi. Moskva da anlayır ki, Azərbaycanın maraqları Rusiyanın arxası ilə sürünməyə əsas yaratmır". R.Musabəyov Rusiyanın Azərbaycandakı seçkilərə müdaxilə edə biləcəyini güman etmir: “Azərbaycanın heç Rusiyanın dəstəyinə ehtiyacı yoxdur”. Politoloq bildirdi ki, bu səfər, sadəcə, iki ölkənin mövqelərinin müzakirə olunması zərurətindən irəli gəlmişdi: “Sözsüz ki, burda enerji və Qarabağ məsələləri də müzakirə olunub. Düzdür, Qarabağla bağlı nəsə ola biləcəyindən danışılır. Ancaq zənnimcə, əgər Rusiya Azərbaycandan çox şey istəyirsə, deməli, Qarabağla bağlı nəsə gözləməyə dəyməz. Qarabağı Azərbaycana təhvil versələr belə, Azərbaycanın təzədən Rusiyaya qoşulması mümkün deyil. Digər tərəfdən, bizim dövlət maraqlarımız imkan vermir ki, o, Gürcüstandan əlini çəksin. Eyni zamanda Gürcüstan naminə Rusiya ilə baş-başa çıxmağa da ehtiyac yoxdur. Çünki Gürcüstan Qarabağ münaqişəsi başlayandan bircə dəfə də olsun, heç olmasa vətəndaş cəmiyyəti adından Ermənistanın işğalçı olduğunu deməyib. Müqayisədə Azərbaycan Gürcüstan üçün daha çox işlər görüb”. Ekspert onu da bildirdi ki, Azərbaycanın Rusiya ilə saatlarını tutuşdurması mümkün deyil: “Saatlar yenə ayrılıqda qalacaq. Bunu Azərbaycanın milli maraqları tələb edir”. Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə isə bildirdi ki, prinsipcə həm Vaşinqton, həm də Moskva Azərbaycanı öz tərəfinə çəkmək istəyir: “Regionda münasibətlər gərginləşdikcə burda müxtəlif problemlər əmələ gəlir. Gürcüstan ətrafında baş verənlər də bunun əlamətidir. Səfərlərin intensiv xarakter alması da məhz Rusiya və ABŞ-ın Azərbaycanı öz tərəfinə çəkmək istəyi ilə bağlıdır. Elmar Məmmədyarovu Avropaya çağırırlar, İlham Əliyevi Moskvaya”. Rusiyanın təzyiqlərinin hansı nəticə verəcəyinə gəldikdə, politoloq bildirdi ki, bununçün vaxt lazımdır: “Bu, İlham Əliyevdən asılıdır. İlham Əliyev düşünməlidir ki, 10 ildən, 30 ildən sonra Azrbaycanı nə vəziyyətdə görmək istəyir. Şəxsən mənim fikrim budur ki, Azərbaycan Avropa ailəsinin üzvü olmalıdır. Onunçün də üzünü Avropaya tutmalıdır. Çünki inkişaf, demokratiya, iqtisadiyyat ordadır. Ancaq İlham Əliyevin proqramının nə olduğunu biz bilmirik”. Rusiya Qarabağla bağlı Azərbaycana hansısa fayda verə bilərmi? H.Hacızadə: “Rusiyanın öz xoşu ilə Qarabağı bizə qaytarması çətin görünür. Amma əgər belə bir addım atsa, əlbəttə ki, Azərbaycan hansısa güzəştə gedə bilər. Məsələn, Rusiya desə ki, Qarabağın azadlığının əvəzində NATO-ya girmə, heç yerə tərpənmə, əlbəttə, o zaman Azərbaycanın bu şərtə əməl etməsi mümkündür. Əks təqdirdə, Azərbaycan öz yoluna davam etməlidir”. Elşad PAŞASOY musavat
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb