SON XƏBƏRLƏR

EDVARD NALBANDYANIN FİKRİNCƏ, İRAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ BÖLGƏ ÖLKƏLƏRİ ÜÇÜN NÜMUNƏDİR

2021.10.20, 07:36
EDVARD NALBANDYANIN FİKRİNCƏ, İRAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ BÖLGƏ ÖLKƏLƏRİ ÜÇÜN NÜMUNƏDİR

Gunaz.tv
EDVARD NALBANDYANIN FİKRİNCƏ, İRAN-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ BÖLGƏ ÖLKƏLƏRİ ÜÇÜN NÜMUNƏDİR Sentyabrın 17-də İran prezidenti Mahmud Əhmədinejad Tehrana gələn Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. «Media forum» saytının məlumatına görə, M.Əhmədinejad iki ölkə arasında münasibətlərin dərinliyinə, iki qonşu xalqın mədəni və tarixi sahələrdə müştərək cəhətlərinə toxunaraq qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib. İran prezidenti bölgədəki münaqişə və ixtilafların qarşılıqlı əməkdaşlıq və danışıqlar yolu ilə həll olunmasının mümkünlüyünü vurğulayıb. M.Əhmədinejad Qafqazda yaranmış böhrana işarə edərək bölgədəki problemlərin həlli üçün qonşu ölkələrin birgə səy göstərməsini vacib saydığını və xarici qüvvələrin, o cümlədən də NATO qüvvələrin müdaxiləsinə heç bir ehtiyac olmadığını söyləyib. Ermənistan xarici işlər naziri də hər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və bu münasibətlərin bölgədəki digər ölkələr üçün nümunə sayıla biləcəyini bəyan edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar