SON XƏBƏRLƏR

NATO və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

2021.10.20, 07:36
NATO və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Gunaz.tv
NATO və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir Elmar Məmmədyarov Yaap de Hoop Sxeffer və Benita Ferrero-Valdnerlə görüşüb Dünən xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə, NATO-nun mənzil qərargahına səfər edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, səfərin başlıca məqsədi respublikamızın NATO ilə əməkdaşlığı üzrə Fərdi Tərəfdaşlıq Əməliyyat Planının (FTƏP) yerinə yetirilməsinin qiymətləndirilməsinə dair "26+1" formatında görüşün keçirilməsi olub. Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO-nun Şimali Atlantika Şurasında görüş keçirib. Heyətintərkibində Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından yüksək vəzifəli nümayəndələr var. Tural Görüş zamanı çıxış edən Elmar Məmmədyarov Azərbaycanda FTƏP-in yerinə yetirilməsi səviyyəsi və bu sahədə əldə olunan nailiyyətlər barədə iştirakçıları məlumatlandırıb. Nazir öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunaraq bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini vurğulayıb. Bundan sonra, nümayəndə heyəti Şimali Atlantika Müqaviləsi Təşkilatının səfirlərini maraqlandıran sualları cavablandırıb. Görüşdə çıxış edən NATO-ya üzv ölkələrin səfirləri Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bildiriblər. Bir sıra NATO rəsmiləri Azərbaycanın strateji dövlət olduğunu vurğulayaraq münasibətlərin inkişafında maraqlı olduqlarını da vurğulayıblar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin başçısı NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın inkişafı, FTƏP-in yerinə yetirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi, regionda ümumi vəziyyət və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Brüsselə səfəri çərçivəsində Elmar Məmmədyarov Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı xanım Benita Ferrero-Valdnerlə də görüş keçirib. Görüşdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi-Azərbaycan arasında imzalanmış Fəaliyyət Planının həyata keçirilməsi, Avropa Birliyi və Azərbaycan cari münasibətləri, regional proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi və digər bu kimi məsələlər müzakirəyə çıxarılıb. Nazir Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışaraq onun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu söyləyib. Xanım Ferrero-Valdner isə Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini deyib. Elmar Məmmədyarov Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələsini də qaldırıb və Avropa Birliyinin rəsmisi məsələni müsbət qarşılayaraq onun üzərində işləyəcəklərini bildirib

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar