SON XƏBƏRLƏR

İRAN MƏCLİSİ COX EVLİLİK MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

2021.10.20, 07:36
İRAN MƏCLİSİ COX EVLİLİK MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB

Gunaz.tv
İRAN MƏCLİSİ COX EVLİLİK MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİB cadrali_arvadlar.jpg İran məclisində uzun müddətdir ailə nizamnaməsi ilə bağlı işlər aparılır. Bu qanunun yenidən işlənməsindəki əsas çətinlik çoxarvadlılıq məsələsi ilə bağlıdır. Qanuna görə, əgər kişi ikinci arvadı alarsa, bu haqda birinci xanımından icazə almaya bilər. Əgər məhkəmə bu barədə icazə verərsə, o, ikinci arvad almaq imkanını əldə etmiş olur. Buna baxmayaraq məclisdə təmsil olunan islahatçı deputatlar və səkkiz qadın millət vəkili bu məsələnin təkcə məhkəmənin icazəsi ilə həyata keçirilməsinin bu yolda çətinliklərin yaranmasına səbəb olacağını deyiblər. İkinci evlilik məsələsində icazənin məhkəmə qərarına bağlanmasının tərəfdarı olan mühafizəkarlar isə məhkəmənin birinci arvadın fikirləri ilə müqayisədə daha da obyektiv qərar verəcəyəni bildiriblər. Lakin bu iddia məclis tərəfindən qəbul edilməyib. Qeyd edək ki, məclis sədri Laricani bu məsələ haqda fikirlərin yenidən müzakirə edilərək yaxın günlərdə məclisə təqdim olunacağını deyib.versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar