SON XƏBƏRLƏR

Gürcüstanda hakimiyyətlə müxalifət birləşdi

2021.10.20, 07:36
Gürcüstanda hakimiyyətlə müxalifət birləşdi

Gunaz.tv
Gürcüstanda hakimiyyətlə müxalifət birləşdi gurcu_bayragi.jpg Hakim Vahid Milli Hərəkat Partiyası və müxalif qurumlar dünən Tbilisidə Gürcüstan Siyasətçilərinin Xartiyası adlı sənəd imzalayıb. Xartiya siyasi sistemdəki yerindən asılı olmayaraq partiyaların Gürcüstanın ərazi bütövlüyünə, Rusiya qoşunlarının ölkədən çıxarılmasına, Gürcüstanın NATO-ya və Avropa strukturlarına inteqrasiyasına birmənalı dəstək öhdəliyini nəzərdə tutur. Sənəd daxili siyasi proseslərin milli təhlükəsizliyi zərbə altına qoymaması zəruriliyini bəyan edir və siyasi qüvvələrin böhran əleyhinə şura yaratmasını hədəfləyir. Xartiyanı şərh edən Gürcüstan parlamentinin sədri David Bakradze onu Gürcüstan torpaqlarının işğalıyla müşahidə olunan son hadisələr fonunda olduqca zəruri sənəd saydığını vurğulayıb Gürcüstan Rusiya qarşısında şərt qoydu “Rusiya ilə diplomatik münasibətlərin yenidən bərpa olunması üçün bu ölkə Gürcüstanın ərazi bütövlüyünü pozduğunu və gürcü xalqına qarşı soyqırımı törədildiyi faktını etiraf etməlidir”. APA-nın məlumatına görə, bu bəyanatla Gürcüstanın xarici işlər nazirinin müavini Qriqol Vaşadze çıxış edib. O, həm Gürcüstan, həm də Rusiya diplomatlarının işlədikləri ölkəni tərk etməsi üçün bəzi formal proseduraları həyata keçirməli olduğunu deyib: “Əgər Rusiya Gürcüstanın iki vilayətində etnik təmizləmə apardığını, beynəlxalq prinsip və normaların pozulduğunu, bu ölkənin ərazi bütövlüyünə təcavüz olunduğunu etiraf etsə, o zaman diplomatik münasibətlər qurulmasında problem olmayacaq”. Qriqol Vaşadze separatçı bölgələrin liderləri ilə danışıq aparılmayacağını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar