SON XƏBƏRLƏR

Türkiyə prezidenti Abdullah Gülün İrəvan səfərinə bir neçə saat qalır

2021.10.20, 07:36
Türkiyə prezidenti Abdullah Gülün İrəvan səfərinə bir neçə saat qalır

Gunaz.tv
Türkiyə prezidenti Abdullah Gülün İrəvan səfərinə bir neçə saat qalır abdullah_gul1.jpg Zvartnots hava limanında Türkiyə prezidentini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayacaq Türkiyə prezidenti Abdullah Gülün İrəvana dünyanın əksər kütləvi informasiya vasitələri tərəfindən tarixi səfər kimi qiymətləndirilən səfərinə bir neçə saat qalır. Zvartnots hava limanında Türkiyə prezidentini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayacaq. Oradan prezident Abdullah Gül birbaşa Ermənistan prezidentinin sarayına gələrək burada Serj Sarkisyanla görüşəcək. Ermənistan prezidentinin verdiyi iftar yeməyindən sonra hər iki dövlət başçısı Ermənistan - Türkiyə futbol matçını izləmək üçün “Razdan” stadionuna gedəcəklər. Oyun arası fasilədə də iki ölkə prezidenti arasında qısa görüşün keçirilməsi planlaşdırılır. Türkiyə kütləvi informasiya vasitələrinin İrəvandan verdikləri məlumatlara görə, Türkiyə prezidentinin səfiri ilə bağlı İrəvanda ciddi təhlükəsizlik tədbirləri görülüb. Təhlükəsizlik tədbirlərində Ermənistanın təhlükəsizlik qüvvələrilə yanaşı bir neçə gün əvvəldən İrəvana gəlmiş Türkiyə təhlükəsizlik qüvvələrin əməkdaşları da iştirak edirlər. Türkiyənin dövlət başçısının təhlükəsizliyni təmin etmək üçün hətta Türkiyədən bir neçə zirehli maşın da gətirilib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar