SON XƏBƏRLƏR

TÜRKİYƏDƏKİ AZƏRBAYCAN DİASPORLARI ABDULLAH GÜLÜN ERMƏNİSTANA SƏFƏRİNƏ ETİRAZ EDİRLƏR

2021.10.20, 07:36
TÜRKİYƏDƏKİ AZƏRBAYCAN DİASPORLARI ABDULLAH GÜLÜN ERMƏNİSTANA SƏFƏRİNƏ ETİRAZ EDİRLƏR

Gunaz.tv
TÜRKİYƏDƏKİ AZƏRBAYCAN DİASPORLARI ABDULLAH GÜLÜN ERMƏNİSTANA SƏFƏRİNƏ ETİRAZ EDİRLƏR abdulla_gul-1.jpg Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Türkiyə prezidenti Abdulla Gülün sentyabrın 6-da Ermənistana edəcəyi səfərlə bağlı bəyanat yayıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda idmanın dünya dövlətləri və xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi tövhələrin danılmaz olduğu bildirilir: “Bu baxımdan idman yeni dünya düzənində ümümbəşəri dəyərə çevrilib. Bu reallıqla razılaşan qurum olaraq TADF Türkiyə və Ermənistan futbol komandalarının Yerevanda keçiriləcək oyununa heç bir etiraz bildirmir. Lakin TADF hesab edir ki, hər hansı ümumbəşəri dəyər Türkiyənin bölünməzliyindən üstün ola bilməz. Az qala hər gün Şərqi Anadolunun qərbi Ermənistan torpağı olduğunu dünyaya car çəkən ermənilər tanımadıqları sərhədlərimizi açmağı bizdən tələb də bilməzlər. Ağrıdağı Ararat adlandıraraq onu dövlət gerbində əks etdirən, ata-babalarımızı “soyqırım” törətməkdə təqsirləndirən, qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal edən, soydaşlarımıza qarşı qətliam törədən, Qarabağda “qondarma” dövlət yaradan ermənilər “ümümbəşəri dəyər” arxasında gizlənib bizi dostluğa dəvət edə bilməzlər”. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının yaydığı bəyanatda qeyd olunur ki, Ermənistan rəhbərliyinin Türkiyə prezidentini İrəvana dəvət etməsi Azərbaycanı təkləmək və Qafqazdakı mövcud böhrandan “güclü Ermənistan” naminə yararlanmaq məqsədi daşıyır: “Biz ictimaiyyətin önəmli bir təbəqəsi olaraq bu “matç izləmə dəvəti”nin ölkəmizin ali mənafelərinə uyğun olmadığını düşünürük”. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar