SON XƏBƏRLƏR

“ƏBU BƏKR”İN YERLƏŞDİYİ KÜÇƏNİN SAKİNLƏRİ MƏSCİDİN BİRDƏFƏLİK BAĞLANMASI XAHİŞİ İLƏ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDƏCƏKLƏR

2021.10.20, 07:36
“ƏBU BƏKR”İN YERLƏŞDİYİ KÜÇƏNİN SAKİNLƏRİ MƏSCİDİN BİRDƏFƏLİK BAĞLANMASI XAHİŞİ İLƏ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDƏCƏKLƏR

Gunaz.tv
“ƏBU BƏKR”İN YERLƏŞDİYİ KÜÇƏNİN SAKİNLƏRİ MƏSCİDİN BİRDƏFƏLİK BAĞLANMASI XAHİŞİ İLƏ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT EDƏCƏKLƏR abu_bakr_mescidi.jpg “Əbu Bəkr” məscidinin yerləşdiyi Ülvi Bünyadzadə küçəsinin 1000-dək sakini məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək. Bu barədə Ü. Bünyadzadə küçəsinin sakinləri bildiriblər. Onlar “Əbu Bəkr”də baş verən partlayışdan sonra məscidin müvəqqəti bağlandığını, bununla da vəhhabi təriqətinə mənsub şəxslərin ərazidə kütləvi toplanmasının qarşısının alındığı deyiblər. Minlərlə vəhhabinin bir neçə il davamlı olaraq Ü. Bünyadzadə küçəsində toplaşmasından narahatlıq keçirdiklərini deyən sakinlər məscid bağlandıqdan sonra ərazidə sakitliyin və rahatlığın bərpa olunduğunu söyləyiblər: “Küçəmizdə əvvəlki kimi sakitlik hökm sürür. Bir daha buraya vəhhabilərin toplaşmasını istəmirik. Onlar bütün küçəni bərbad hala salıblar, ərazidə natəmizlik hökm sürür. Məscidin bir daha açılmaması burada yaşayan sakinlərin təhlükəsizliyi baxımından da vacibdir. Ona görə də bu küçədə yaşayan çoxlu sayda sakin məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək”. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar