SON XƏBƏRLƏR

Pakistandakı partlayışda 18 nəfər ölüb - YENİLƏNİB

2021.10.20, 07:36
Pakistandakı partlayışda 18 nəfər ölüb - YENİLƏNİB

Gunaz.tv
Pakistandakı partlayışda 18 nəfər ölüb - YENİLƏNİB pak-sec-part.jpg Pakistanın Pişəvər şəhərinin keçid-buraxılış məntəqəsində partlayış olub. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 18 nəfər ölüb, 80-dən çox adam isə yaralanıb. Terror aktı Pakistan parlamentində prezident seçkiləri keçirilən gün törədilib. Xatırladaq ki, prezident Pərviz Müşərrəfin postundan istefa verməsindən sonra ölkədə növbədənkənar seçkilər təyin edilib. Bu posta Pakistan Xalq Partiyasının lideri, mərhum baş nazir Benəzir Bhuttonun həyat yoldaşı Asif Əli Zərdari seçilib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar