SON XƏBƏRLƏR

Recai Kutan:

2021.10.20, 07:36
Recai Kutan:

Gunaz.tv
Recai Kutan: "Abdullah Gülün İrəvana səfəri göz düzəltiyi yerdə qaş çıxarmaqdır" recai-kutan.jpg "Bu səfərdən sonra Ermənistanla sərhəddin açılacağından çox narahatıq" Türkiyənin İşçi Partiyası (İP) Abdullah Gülün Ermənistan-Türkiyə matçını izləmək üçün İrəvana getməsinə etiraz olaraq mitinq keçirib. Çankaya Köşkünün qarşısında toplanan İP-nin üzvləri "Ermənistana yox ədalət məhkəməsinə", "Soyqırım yalanı amerikan planı" şüarları səsləndiriblər. İP-nin Ankara təşkilatının sədri Sefa Koçoğlu, Ermənistan prezidentinin 8 ay öncə Türkiyənin sərhədlərini tanımadığını, Qarabağ və digər Azərbaycan torpaqlarını işğalda saxlamağa davam edəcəyini, qondarma soqırım iddialarından geri addım atmayacağını bəyan etdiyini bildirərək, "Bu vəziyyətdə Abdullah Gülün İrəvana səfəri Türkiyənin yox, Ermənistanın və onun araxasındakı ABŞ-ın işinə yarayacaqdır" deyə açıqlama verib. A.Gülün İrəvana getməsinə başqa bir etiraz Səadət Partiyasının (SP) sədri Recai Kutandan gəlib. Səadət Partiyası olaraq, bu səfərə münasibətlərinin pis olduğunu qeyd edən R.Kutan, “Türkiyənin ərazi bütövlüyünü tanımayan, qardaş ölkə Azərbaycanın torpaqlarının 20%-ni işğal edən, o torpaqlarda yaşayan bir milyon Azərbaycan Türkünü etnik təmizləməyə məruz qoyan, qondarma soyqırım iddialarından Türkiyəyə qarşı istifadə edən Ermənistana səfər təktərəfli güzəşt kimi qiymətləndirilməlidir. Bu səfərdən sonra Ermənistanla sərhəddin açılacağından çox narahatıq. Millətimiz buna qarşıdır.” Bu səbəbdən cənab A.Gülün mövcud vəziyyətdə Ermənistana edəcəyi bu səfərin Türk millətinə və Türkiyəyə hər hansı bir xeyiri olacağına inanmırıq. Tam tərsinə bu səfər “göz düzəltiyi yerdə qaş çıxarmaq” kimi qiymətləndirilməlidir” deyə bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar