SON XƏBƏRLƏR

73 il sonra ilk dəfə: Türkiyə Prezidenti Ermənistana getdi

2021.10.20, 07:36
73 il sonra ilk dəfə: Türkiyə Prezidenti Ermənistana getdi

Gunaz.tv
73 il sonra ilk dəfə: Türkiyə Prezidenti Ermənistana getdi abdulla-gul-abs-sert.jpg Türkiyə prezidenti Abdulla Gül İrəvana yola düşüb. Lent.az-ın məlumatına görə, prezidenti Ankara Esenboğa Hava Limanından TBMM başqanı Köksal Toptan, Ankara valisi Kamal Önal və digər rəsmi şəxslər yola salıblar. Hava Limanında keçirdiyi brifinqdə "Bu matç önəmli fürsətlər yaradacaq" deyən Gül, səfərlə bağlı bunları bildirib: "Bu səfərin indiki dönəmdə gerçəkləşməşi ayrı bir önəm daşıyır. Bu ziyarət vasitəsilə Ermənistan prezidenti ilə bölgədəki prosesləri dəyərləndirmək imkanı əldə edəcəyik. Üç Qafqaz ölkəsinin, Rusiya və Türkiyənin daxil olduğu “Qafqazda sabitlik” platforması ilə bağlı intensiv təmaslarımız oldu. Ermənistanla da təmaslarımız bu mövzuda olacaq. Eyni zamanda Dağlıq Qarabağ və Ermənistanla ikitərəfli münasibətlər də gündəmə gələcək. Bu səfərin bölgədəki sülhün qorunmasına da töhfə verəsəyinə ümid edirəm". Bu səfərin iki xalqın bir-birinə yaxınlaşmasına mane olan səbəbləri aradan qaldıracağına ümidini bildirən Abdulla gül Türkiyə molli komandasına uğurlar arzulayıb. Bu, 1935-ci il 17 iyulda o vaxtkı Baş nazir İsmət İnönünün səfərindən bəri Türkiyə cümhuriyyəti rəhbərinin Ermənistana ilk səfəridir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar