SON XƏBƏRLƏR

Əli Babacan: “Azərbaycanın narahat olacağını güman etmirəm”

2021.10.20, 07:36
Əli Babacan: “Azərbaycanın narahat olacağını güman etmirəm”

Gunaz.tv
Əli Babacan: “Azərbaycanın narahat olacağını güman etmirəm” babacan-mesaj.jpg Avropa Birliyi xarici işlər nazirlərinin Fransada keçirilən qeyri-rəsmi toplantısına qatılan Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan-Türkiyə matçını izləmək üçün İrəvana getməmişdən öncə jurnalistlərinin suallarına cavab verib. Lent.az-ın məlumatına görə, Babacan qonşularıyla aralarında olan problemlərin həllinin Ermənistanın da xeyrinə olacağını, bölgədəki sülhün bu ölkənin maddi rifah səviyyəsini artıracağını bildirib. Xarici işlər naziri Türkiyənin dialoq tərəfdarı olduğunu vurğulayıb: “Məqsədimiz hər bir tərəfin marağını təmin edəcək həll yollarını tapmaqdır. İrəvana səfərimizlə bağlı Avropa Birliyində böyük maraq var. Amma bu addımı onların istəyi ilə atmamışıq. Qafqazdakı vəziyyətin gərginləşməsindən sonra Türkiyənin təklif etdiyi “Qafqaz İttifaqı” ideyası bizim problemin həllini dialoq yolu ilə tapmaq istədiyimizi nümayiş etdirir. Bu mövzuda bizə açıq dəstəklər var”. Babacan Türkiyə və Ermənistan arasında ciddi problemlər yaşandığını bir daha xatırladaraq Ankaranın problemləri dialoq yolu ilə həll etməyə çalışdığını vurğulayıb. O, Türkiyənin tarixçilərdən ibarət ortaq komissiyya yaratmaq təklif etdiyini və bu təklifin hələ də qüvvədə qaldığını bildirib. Türkiyə xarici işlər naziri Ermənistan və Azərbaycan arasında problemlər olduğunu da bildirərək BMT-nin erməni qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxması ilə bağlı qərarını dəstəklədiklərini vurğulayıb. Eyni zamanda o, rəsmi Bakının prezident Abdulla Gülün İrəvan səfəri ilə bağlı etiraz etmədiyini də qeyd edib: “Azərbaycan və Ermənistan nümayəndələri problemləri həll etmək üçün görüşürlər. Bizim ziyarətimizin də Azərbaycan tərəfindən narahatlıqla qəbul ediləcəyini güman etmirəm”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar