SON XƏBƏRLƏR

Qoran Lenmarker: “Türkiyə “erməni soyqırımı”nı tanımalıdır”

2021.10.20, 07:36
Qoran Lenmarker: “Türkiyə “erməni soyqırımı”nı tanımalıdır”

Gunaz.tv
Qoran Lenmarker: “Türkiyə “erməni soyqırımı”nı tanımalıdır” qoran-lenmarker.jpg “Türkiyə keçmişini etiraf etmək üçün özündə güc taparaq 1915-ci il “erməni soyqırımı”nı tanımalıdır”. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Ermənistan Milli Məclisinin spikeri Tiqran Torosyanla görüşü zamanı bildirib. Lenmarker iddia edib ki, Ermənistan “müasir Avropa dövləti olmaq yolunda bir sıra çətinliklərlə üzləşən” Türkiyəyə kömək etmək üçün tarixi imkana malikdir: “Avropa Birliyinin üzvü olmaq üçün Türkiyədə AB normasına çevrilən standartlar fəaliyyət göstərməlidir: insan haqlarının müdafiəsi, demokratiya və s. Bundan əlavə, Türkiyə keçmişini etiraf etmək üçün özündə güc taparaq 1915-ci il “erməni soyqırımı”nı tanımalıdır”. Lenmarker Türkiyə-Ermənistan münasibətlərinin qurulmasının vacibliyinə də toxunaraq bunun üçün ilk növbədə sərhədlərin açılmasının lazım olduğunu bildirib. O, rəsmi İrəvanın regiondakı siyasətini də yüksək qiymətləndirərək Türkiyə prezidenti Abdulla Gülün Ermənistan səfərindən çox şey gözlədiklərini bəyan edib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar