SON XƏBƏRLƏR

Sara Pelin Obama və Makkeyni üstələyib

2021.10.20, 07:36
Sara Pelin Obama və Makkeyni üstələyib

Gunaz.tv
Sara Pelin Obama və Makkeyni üstələyib sara-pelin.jpg Respublikaçılar Partiyasından ABŞ vitse-prezidentliyinə namzəd Sara Pelin partiya qurultayındakı nitqindən sonra ABŞ-da ən məşhur şəxslərdən birinə çevrilib. Lent.az-ın “Rasmussen Report” sosioloji xidmətinə istinadən verdiyi məlumata görə, seçicilərin 58 faizi Pelinə rəğbətlə yanaşdığını bəyan edib. Maraqlıdır ki, Con Makkeyn və Barak Obamanı amerikalıların 57, vitse-prezident postu uğrunda Pelinin rəqibi olan Cozef Baydeni isə 48 faizi dəstəkləyir. Pelini dəstəkləməyənlərin sayı 37 faizdir. Bu zaman seçicilərin 51 faizi hesab edir ki, jurnalistlər Pelinin və ailəsinin özəl həyatı barədə skandal materiallar dərc edərək ona zərbə vurmağa çalışırlar. Sara Pelin kişilər arasında daha populyardır – 65 faiz. Qadınlar arasında bu rəqəm 52 faiz təşkil edir. Ümumi seçicilərin 51 faizinin fikrincə, Makkeyn Alyaska qubernatorunu seçməklə doğru addım atıb. Makkeynin seçimini respublikaçıların 81 faizi dəstəkləyir. Bu rəqəm hətta demokratlar arasında da yüksəkdir - 69 faiz. Daha bir maraqlı fakt ondan ibarətdir ki, amerikalıların 40 faizi Pelinin ABŞ prezidenti ola biləcəyini düşünür. Amma seçicilərin 67 faizi onu da etiraf edib ki, Makkeyn seçimini açıqlayana qədər Sara Pelini tanımırmış. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar