SON XƏBƏRLƏR

“HƏDƏF”çilər DƏNİZ BAYKALA VƏ DÖVLƏT BAXÇALIYA MÜRACİƏT ÜNVANLADI_ Müraciətdə Gülün İrəvan səfəri pislənilir

2021.10.20, 07:36
“HƏDƏF”çilər DƏNİZ BAYKALA VƏ DÖVLƏT BAXÇALIYA MÜRACİƏT ÜNVANLADI_ Müraciətdə Gülün İrəvan səfəri pislənilir

Gunaz.tv
“HƏDƏF”çilər DƏNİZ BAYKALA VƏ DÖVLƏT BAXÇALIYA MÜRACİƏT ÜNVANLADI Müraciətdə Gülün İrəvan səfəri pislənilir Dünən “Hədəf” gənclər koalisiyası tərəfindən Türkiyənin aparıcı müxalifət partiyalarının liderlərinə və həmin partiyaları Türkiyə Böyük Millət Məclisində təmsil edən millət vəkillərinə müraciət göndərilib. Bu haqda məlumatı qəzetimizə “Hədəf” Gənclər Koalisiyanın sədri Ağasif Şakiroğlu verdi. Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykala və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalıya ünvanlanan müraciətdə Türkiyənin cümhur başqanı Abdullah Gülün İrəvan səfəri koalisiya tərəfindən pislənilir və hakim Ədalət və İnkişaf Partiyasının bu addımı Azərbaycan, eləcə də türk xalqına böyük xəyanət kimi qimətləndirilir, eyni zamanda Türkiyə prezidentinin bu addımı Türkiyə tarixində olan prezidentlərə qarşı sayğısızlıq kimi qəbul edilir. Müraciətdə həmçinin Gülün səfərinin Türk dünyasının ünlü liderləri olan Mustafa Kamal Atatürkün, Turqut Özalın, Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin ruhuna hörmətsizlik olduğu bildirilir. Koalisiya üzvləri bu səfərin Azərbaycan və Türkiyə xalqının qardaşlıq əlaqələrinə zərbə vuracağını düşünür, Dəniz Baykaldan, Dövlət Baxçalıdan və onların rəhbərlik etdiyi partiyalardan bu səfərin əngəllənməsi xahiş olunur. Leyla İLQAR musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar