SON XƏBƏRLƏR

Çankaya İrəvana səfərin qrafikini açıqladı

2021.10.20, 07:36
Çankaya İrəvana səfərin qrafikini açıqladı

Gunaz.tv
Çankaya İrəvana səfərin qrafikini açıqladı abdulla-gul-1.jpg Bu gün Türkiyə Prezidenti Abdulla Gül Ermənistan və Türkiyə milli futbol komandalarının oyununu izləmək üçün İrəvana səfər edəcək. Çankaya köşkü prezident Gülün səfərinin qrafikini açıqlayıb. Prezident Gül saat 13.00-da Esenboğa hava limanında mətbuat nümayəndələri üçün brifinq keçirəcək. Bundan sonra yola düşən prezidenti saat 16.45-də İrəvanın “Zvartnos” aeroportunda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayacaq. Saat 18.00-da Türkiyə və Ermənistan prezidentlərinin görüşü başlayacaq. 19.00-da görüş başa çatacaq və prezidentlər şam yeməyinə gedəcəklər. Saat 21.00-də Türkiyə-Ermənistan dövlət başçıları futbol matçını bərabər izləməyə başlayacaqlar. Matç başa çatdıqdan sonar – saat 23.00-da Gül və Sarkisyan kokteylə ayrılacaqlar. Saat 23.45-də mətbuat üçün brifinq keçiriləcək və bununla da səfər başa çatmış sayılacaq. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar