SON XƏBƏRLƏR

Dağlıq Qarabağda müharibə təxirə salınıb?

2021.10.20, 07:36
Dağlıq Qarabağda müharibə təxirə salınıb?

Gunaz.tv
Dağlıq Qarabağda müharibə təxirə salınıb? esger_6sentyabr.jpg "Gürcüstanın Cənubi Osetiyakı rejimi devirmək üçün aparmağa hazırlaşıdığı hərbi əməliyyatın uğursuzluqla nəticələnəcəyini əvvəlcədən bilən Türkiyə kəşfiyyatı Azərbaycanın da Dağlıq Qarabağ ermənilərinə qarşı belə əməliyyatının qarşısını alıb". Rusiyanın nüfuzlu "Ekspert" jurnalının xüsusi əlavəsi olan "Russki Reportyor"un son sayında verilən məlumata görə, Cənubi Osetiyadakı münaqişə ərəfəsində Gürcüstan və Rusiyanın xüsusi xidmət orqanlarından fərqli olaraq Türkiyə kəşfiyyatı yetərincə effektiv fəaliyyət göstərib. "Özü də türk kəşfiyyatçılar Gürcüstan və ya hansısa üçüncü dövlətin maraqları üçün yox, yalnız Türkiyənin mənafelərinin təminatı üçün çalışıblar", - "Russki Reportyor" bildirib. Jurnalın verdiyi məlumata görə, Gürcüstan rəhbərliyinin Cənubi Osetiyadakı rejimə qarşı "Sminda Veli" ("Təmiz Tala") adlı hərbi əməliyyat hazırlaması barədə Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) bu ölkədəki rezidentura şəbəkəsi vaxtında xəbər tutub, bu barədə mərkəzə məlumat verib. Eyni zamanda, MİT-in Azərbaycandakı əməkdaşları da guya Ankaraya xəbər veriblər ki, rəsmi Bakı Dağlıq Qarabağdakı rejimə qarşı hərbi əməliyyat hazırlayıb və ən yaxın günlərdə həyata keçirməyə hazırlaşır: "Ankara regionda yaranmış situasiyanı təhlil edəndən sonra Bakıya bildirib ki, Dağlıq Qarabağda əməliyyatı başlamağın vaxtı çatmayıb. Səbəb isə Gürcüstanda Cənubi Osetiyaya qarşı həyata keçiriləcək "Sminda Veli"nin uğursuzluğa düçar olacağıdır. Bu xəbərdarlıqdan sonra Azərbaycan rəhbərliyi niyyətindən əl çəkib". Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi bu iddiaları şərh etməyə lüzum görmür. "Dağlıq Qarabağ və erməni işğalında olan digər ərazilərimizi azad edərək oradakı terrorçu rejimin mövcudluğuna son qoymaq üçün hər an əməliyyatlar başlaya bilər. Sadəcə, buna Ali Baş Komandanın əmri gərəkdir. Münaqişənin dinc danışıqlar yolu ilə nizamlanması prosesində heç bir nəticə əldə olunmasa təbii ki, çıxış yolu qismində yalnız hərbği əməliyyatlar qalır. Lakin biz ümid edirik ki, dünya birliyinin vasitəçiliyi ilə problemi həll edə biləcəyik. Hanısısa planların olması, sonra da xəbərlığın alınması ilə bu planlardan imtina barədə deyilənləri də sadəlövh iddialar, həqiqətə qətiyyən uyğun olmayan məsələlərdir", - nazirlik mənsubları söylədilər. Müdafiə Nazirliyindən isə "Ekspress"ə bildirildi ki, belə bir plan olmayıb və Türkiyənin hər hansı strukturundan da Azərbaycana xəbərdarlıq olunmayıb. Humay express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar