SON XƏBƏRLƏR

Zərdari Pakistan prezidenti seçildi

2021.10.20, 07:36
Zərdari Pakistan prezidenti seçildi

Gunaz.tv
Zərdari Pakistan prezidenti seçildi 20080906153200_1.jpg "Yeni Şərq"in lentşaz saytına istinadən verdiyi məlumata əsasən, Pakistan Xalq Partiyasının lideri, mərhum baş nazir Benəzir Bhuttonun həyat yoldaşı Asif Əli Zərdari Pakistan prezidenti seçilib. Bu barədə Pakistan Seçki Komissiyasının rəhbəri bildirib. Xatırladaq ki, növbədənkənar seçkilər prezident Pərviz Müşərrəfin postundan istefa verməsindən sonra təyin olunub. Pakistanda prezident seçkiləri ümumxalq səsverməsi yolu ilə deyil, Milli Assambleya, Senat, eləcə də dörd böyük əyalətin parlament deputatlarının səsverməsi ilə keçirilir. Pakistan Seçki Komissiyasının rəhbəri hələlik bütün bülletənlərin sayılmadığını vurğulayıb. Lakin Zərdari artıq mümkün 426 səsdən 281-ni toplayaraq prezident postunu təmin edib. "Yeni Şərq" 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar