SON XƏBƏRLƏR

Fateh Terim İrəvanda mətbuat konfransı keçirdi

2021.10.20, 07:36
Fateh Terim İrəvanda mətbuat konfransı keçirdi

Gunaz.tv
Fateh Terim İrəvanda mətbuat konfransı keçirdi fatih-terim-1.jpg Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Fateh Terim İrəvanın “Razdan” stadionunda mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, baş məşqçi Türkiyə yığmasının 2010-cu il Dünya Çempionatının seçmə mərhələsində Ermənistan komandası ilə oyun tam hazır olduğunu deyib: “Oyunçularımızdan bəziləri zədəli olsa da, komandanın vəziyyəti yaxşıdır. Kimliyindən asılı olmayaraq, bütün futbolçular vəzifələrinin öhdəsindən tam gəlməyə çalışır. Ümid edirəm ki, bu oyun bəzi futbolçular üçün yeni şans olacaq, onlar da bu fürsəti yaxşı dəyərləndirəcək”. Fateh Terim bu matçın gələcək üçün ümidverici bir addım olmasını arzu etdiyini söyləyib: “Ümidvaram ki, futbolun xalqları birləşdirən körpüsündən əl-ələ keçə biləcəyik. Biz bura sadəcə, futbol oynamağa gəlmişik. 90 dəqiqədə yalnız vəzifəmizi yerinə yetirməyə çalışacağıq. Meydançadan kənardakı mövzuların yükünü çiyinlərimizə götürmək istəmirik. İstədiyim odur ki, ən yaxşı xalla ölkəmizə dönək”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar