SON XƏBƏRLƏR

ƏBU BƏKRİN BAĞLANMASI XƏBƏRİ CİDDİLƏŞİR

2021.10.20, 07:36
ƏBU BƏKRİN BAĞLANMASI XƏBƏRİ CİDDİLƏŞİR

Gunaz.tv
ƏBU BƏKRİN BAĞLANMASI XƏBƏRİ CİDDİLƏŞİR Məscidə yaxın ərazidə yaşayan sakinlər ölkə rəhbərliyinə müraciət edəcəklər 3000.jpg Əbu Bəkr məscidinin yerləşdiyi Ülvi Bünyadzadə küçəsinin 1000-dək sakini məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək. Bu barədə APA-ya Ü. Bünyadzadə küçəsinin sakinləri bildiriblər. Onlar Əbu Bəkrdə baş verən partlayışdan sonra məscidin müvəqqəti bağlandığını, bununla da vəhhabi təriqətinə mənsub şəxslərin ərazidə kütləvi toplanmasının qarşısının alındığını deyiblər. Minlərlə vəhhabinin bir neçə il davamlı olaraq Ü.Bünyadzadə küçəsində toplaşmasından narahatlıq keçirdiklərini deyən sakinlər məscid bağlandıqdan sonra ərazidə sakitliyin və rahatlığın bərpa olunduğunu söyləyiblər: “Küçəmizdə əvvəlki kimi sakitlik hökm sürür. Bir daha buraya vəhhabilərin toplaşmasını istəmirik. Onlar bütün küçəni bərbad hala salıblar, ərazidə natəmizlik hökm sürür. Məscidin bir daha açılmaması burada yaşayan sakinlərin təhlükəsizliyi baxımından da vacibdir. Ona görə də bu küçədə yaşayan çoxlu sayda sakin məscidin birdəfəlik bağlanması xahişi ilə ölkə rəhbərliyinə müraciət edəcək”. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar