SON XƏBƏRLƏR

TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI ABDULLA GÜLÜN SƏFƏRİ İLƏ BAĞLI BƏYANAT YAYIB

2021.10.20, 07:36
TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI ABDULLA GÜLÜN SƏFƏRİ İLƏ BAĞLI BƏYANAT YAYIB

Gunaz.tv
TÜRKİYƏ AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASI ABDULLA GÜLÜN SƏFƏRİ İLƏ BAĞLI BƏYANAT YAYIB Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Ermənistan rəhbərliyinin Türkiyə prezidentini Yerevana dəvət etməsini Azərbaycanı təkləmək və Qafqazdakı mövcud böhrandan «güclü Ermənistan» naminə yararlanmaq məqsədi daşıdığını bəyan edir. «Media forum» saytının məlumatına görə, bəyanatda vurğulanır ki, idmanın dünya dövlətləri və xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi tövhələr danılmazdır və bu baxımdan idman yeni dünya düzənində ümümbəşəri dəyərə çevrilib. Bu reallıqla razılaşan qurum Türkiyə və Ermənistan futbol komandalarının Yerevanda keçiriləcək oyununa heç bir etiraz bildirmir. Lakin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası hesab edir ki, hər hansı ümumbəşəri dəyər Türkiyənin bölünməzliyindən üstün ola bilməz. Bəyanatda bildirilir: «Az qala hər gün şərqi Anadolunun qərbi Ermənistan torpağı olduğunu dünyaya car çəkən ermənilər tanımadıqları sərhədlərimizi açmağı bizdən tələb edə bilməzlər. Ağrı dağını Ararat adlandıraraq onu dövlət gerbində əks etdirən, ata-babalarımızı «soyqırım» törətməkdə təqsirləndirən, qardaş Azərbaycanın ərazisinin 20 faizini işğal edərək insanları qətliam edən, Qarabağda qondarma «dövlət» yaradan ermənilər «ümümbəşəri dəyər» arxasında gizlənib bizi dostluğa dəvət edə bilməzlər». Bəyanat bu sözlərlə tamamlanır: «Biz ictimaiyyətin önəmli bir təbəqəsi olaraq bu «matç izləmə dəvəti»nin ölkəmizin ali mənafelərinə uyğun olmadığını düşünürük». Türkiyə prezidenti Abdulla Gül Ermənistana sentyabrın 6-da gedəcək. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar