SON XƏBƏRLƏR

Türk Ölkələrin Jurnalist Assosiasiyasının yaradılması barədə müzakirələr aparılacaq

2021.10.20, 07:36
Türk Ölkələrin Jurnalist Assosiasiyasının yaradılması barədə müzakirələr aparılacaq

Gunaz.tv
Türkdilli Ölkələrin Jurnalist Assosiasiyasının yaradılması barədə müzakirələr aparılacaq metbuat-shurasinin-sedri-ef.jpg Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, şura sədri beş günlük səfəri zamanı Türkiyənin Basın Elan Qurumunda görüşlər keçirdiyini, bu təşkilatın təcrübəsi ilə yaxından tanış olduğunu deyib: “Bu təşkilat dövlət qurumlarının elan və reklamlarının mətbuatda yerləşdirilməsi ilə məşğul olur. Təkcə ötən il Basın Elan Qurumunun vasitəsi ilə mətbuatda 100 milyon dollarlıq elan və reklam yerləşdirilib”. Ə. Amaşovun sözlərinə görə, analoji qurum Azərbaycanda da yaradıla bilər: “Biz hazırda belə bir qurumun yaradılması ilə bağlı müzakirələr keçirəcəyik. Hesab edirik ki, bu təşkilat Azərbaycanda yaradılsa, mətbuatın inkişafına təkan verəcək”. Ə. Amaşov səfər zamanı Türkiyə Qəzetçilər Cəmiyyətində görüşlər keçirdiyini də deyib. Onun sözlərinə görə, müzakirələr zamanı Türkdilli Ölkələrin Jurnalist Assosiasiyasının yaradılmasından bəhs edilib: “Türkiyə Qəzetçilər Cəmiyyəti bu təşkilatın yaradılması ilə bağlı razılıq protokoluna imza atıb. Gələn həftə biz də Mətbuat Şurasında bu məsələni müzakirə edib qərar qəbul edəcəyik”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar