Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Enes Cansevər [email protected]/* */ Gülün Yerevan səfəri məsələsi Azərbaycanı üç yerə böldü Türkiyə Xarici İşlər Nazirliyinin müşavirinin müavini, Türkiyənin ölkəmizdəki sabiq səfiri Ünal Çeviközün rəhbərlik etdiyi mütəxəssislərdən ibarət heyət dünən Ermənistanda olub. Ü. Çeviközün öz səfəri ilə bağlı A. Gülə verdiyi hesabatdan sonra Türkiyə Prezidenti Yerevana getmək barədə qərar qəbul edib. Son günlərin ən gərgin və həyəcanlı sualına cavab verildi. Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanın dəvəti ilə sentyabrın 6-da iki ölkə millilərinin Yerevanda keçiriləcək futbol yarışına tamaşa etməyə gedib-getməyəcəyi haqda qərar dünən axşam saatlarında açıqlandı: Gül Yerevana gedəcək. Bu haqda Çankaya Köşkündən yayılan açıqlamada deyilir: “Bilindiyi kimi, Ermənistan Prezidenti Serj Sarkisyan Cümhurbaşqanımız Abdullah Gülü Yerevanda keçiriləcək Ermənistan-Türkiyə futbol matçını izləmək üçün ölkəsinə dəvət etmişdir. Haqqında danışılan bu futbol görüşü bir idman qarşılaşmasından əlavə, həm də mühüm imkanlar açan bir tədbir kimi anlam daşımaqdadır. Bu matç səbəbilə gerçəkləşəcək səfərin bölgədə yeni bir dostluq iqliminin qurulmasına yardım edəcəyi düşünülməkdədir. Sayın Cümhurbaşqanımız bu anlayışla dəvəti qəbul etmişdir.” Açıqlamanın sonunda səfərin səmərəli nəticələrə qapı açacağına ümid ifadə edilir. Təbii ki, Türkiyə Prezidentinin bu qərarı müxtəlif dairələrdə fərqli reaksiyalar doğuracaq. Azərbaycan ictimaiyyətində bu günlərdə Türkiyəyə münasibətdə arzuolunmaz atmosfer mövcuddur. Türkiyə Prezidenti Abdullah Gülün Ermənistana gedib-getməyəcəyini demək hələ tez olduğu halda, Azərbaycanda qılıncını əlinə alıb asıb-kəsən, iki qardaş ölkəni bir-birinə düşmən eləməyə çalışan media quruluşları var. Xüsusilə də Baş nazir Ərdoğanın bu səfər haqqında “xeyirli olsun!” deməsi, üstəlik də, Türkiyə xarici işlər nazirinin müavininin Ermənistana səfəri bu səfərin baş tutacağına işarə kimi izah olunur. İndi Türkiyənin özündə də bəzi siyasi quruluşların və qeyri-hökumət təşkilatlarının sərt açıqlamaları havada uçuşduğu halda Çankayadan hələ qəti bir qərarın qəbul edilməsi haqqında xəbər yoxdur. Hazırda Azərbaycanda məsələ ilə əlaqədar 3 fərqli fikrin daha tez-tez səsləndiyini söyləmək olar. 1. ATƏT-in Minsk Qrupu Qarabağ problemini 15 ildən bəri düyün düşmüş yumağa çevirdiyi üçün artıq bu təşkilatın bu problemi həll edəcəyinə inanmayan Gül Yerevan səfəri çərçivəsində iki ölkə arasında əlaqələrin qurulması üçün Azərbaycanın mənafeyini ön plana çıxaracaq və bu mövzuda obyektiv addımlar atılmasını istəyəcək. Buna görə də Prezident Gülün səfərini təmkinlə gözləmək və görüşdə müzakirə olunacaq məsələlərə diqqət yetirmək lazımdır. Bu cür düşünən adamlar Gülün səfəri haqqında heç də neqativ fikir və rəylər doğurmurlar və bir qədər qorxaq şəkildə də olsa Türkiyə Prezidentinin bu addımını təqdir edirlər. Ermənistanı danışıqlar stolu arxasına çəkərək həm soyqırımı, həm də Qarabağ problemi kimi çox önəmli iki məsələdə prosesləri başlatmağın mümkünlüyünə inanan bu şəxslər bu gedişin strateji əhəmiyyət daşıyacağına inanırlar. 2. Bu dəstəyə aid olan insanlar isə Türkiyənin böyük dövlət olması səbəbilə Prezident Gülün Ermənistan kimi düşmən bir ölkənin ayağına getməsini düzgün hesab eləmirlər. Bu şəxslər ermənilərin hər zaman səsləndirdikləri “türklər bizim düşmənimizdir” ədavətini və Ağrı dağını öz ərazilərinin bir parçası hesab eləmələrini sübut kimi göstərirlər. Onlar Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana nəinki siyasi məqsədlər üçün getmək, heç bu ölkədə keçirilən idman yarışlarına qatılmağın da doğru olmadığını iddia edirlər. Bu cür düşünən insanlar ermənilərin uydurma soyqırımı iddialarının Ermənistan dövlətindən daha çox diaspor tərəfindən şişirdildiyini iddia edirlər və bu vaxta qədər Türkiyə tərəfindən hər cür sülh, barış, araşdırma təklifinin qəbul edilməməsini də məhz bu amillə bağlayırlar. Deyirlər ki, Gülün bu səfərindən həmin erməni millətçiləri yenə öz maraqları üçün istifadə edəcəklər. Bu cür düşünənlər Türkiyənin Qafqazda nüfuz qazanmaq istədiyini yaxşı başa düşdüklərini deyirlər, üstəlik, onu da qəbul edirlər ki, Ermənistan qəti bir qərar qəbul edib addım atmasa, bu səfər heç bir səmərə verməyəcək. 3. Üçüncü fikrin daşıyıcıları isə futbol üzrə keçirilən sonuncu dünya çempionatında Türkiyə millisinin qazandığı uğurların Azərbaycanda nə qədər böyük sevgiyə, coşquya səbəb olduğunu nümunə göstərirlər, təkcə Bakıda deyil, Azərbaycanın bütün şəhərlərində Azərbaycanla Türkiyə bayrağının qoşa dalğalandığını xatırladaraq yerli xalqın Türkiyəyə olan sevgisini göstərir: “İndi bu səfər baş tutarsa, siz Türkiyə millilərinin meydanda qazanacaqları uğuramı sevinəcəksiniz, yoxsa Abdullah Gülün Yerevana səfərinəmi üzüləcəksiniz?”- deyə soruşurlar. Türkiyə idmançılarının dünya miqyaslı yarışlarda əldə etdiyi uğurların ölkə ictimaiyyəti tərəfindən necə böyük sevinclə qarşılandığını hər kəs yaxşı bilir. Azərbaycan televiziyalarında bu oyunları şərh edən spikerlərin Türkiyə millisinin qolları ilə necə sevindikləri bu gün də qulaqlarımızdadır. Bəli, prezident Gülün Yerevan səfəri Azərbaycan ictimaiyyətində müşahidələrimə görə hələlik bu üç fərqli münasibəti formalaşdırmışdır. Nəticə olaraq onu deyə bilərik ki, bu gün Türkiyə ictimaiyyətindən daha çox Azərbaycan xalqı Çankaya sarayından çıxacaq qərarı gözləyir. Amma görünən budur ki, Çankaya sarayı da son ana qədər soyuqqanlı davranışını davam etdirəcək. Amma heç şübhəsiz, bu səfər baş tutarsa, ondan ən çox “Ergenekon” terror təşkilatı ilə yaxından bağlılığı olan, Vəli Küçükün Azərbaycandakı proqramlarını təşkil edən, vəkil Kemal Kerinçsizə müxtəlif konfranslar keçirmək imkanı qazandıranlar daha çox yararlanmağa çalışacaqlar. Yəni bu, eyni zamanda Türkiyəyə də aiddir. Biz belələrini çox görmüşük. Üzdə milliyyətçi kimi görünsələr də, həqiqətdə maddi mənafeləri üçün millətinin düşmənləri ilə də oturub-duran belələri bu işdən öz qara niyyətləri üçün istifadə edəcəklər. zaman
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb