SON XƏBƏRLƏR

Azərbaycan müxalifətinin yeni əməkdaşlıq mərkəzi yaranıb - YENİLƏNİB

2021.10.20, 07:36
Azərbaycan müxalifətinin yeni əməkdaşlıq mərkəzi yaranıb - YENİLƏNİB

Gunaz.tv
Azərbaycan müxalifətinin yeni əməkdaşlıq mərkəzi yaranıb - YENİLƏNİB azerbaycanmuxalifetibeyanat050908.jpg Bakı. Elnur Məmmədli - APA. Bu gün beş müxalifət təşkilatı - AXCP, ALP, VİP, Müsavat Partiyası və “Azərbaycan Naminə” İctimai Forumun rəhbərləri müxalifətin yeni əməkdaşlıq mərkəzinin yaradılması haqqında sənəd və birgə bəyanat imzalayıblar. APA-nın xəbərinə görə, ALP lideri Lalə Şövkət Hacıyeva bildirib ki, Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı qəbul olunan bəyanatda ölkədə demokratik seçkilər üçün şərait, siyasi rəqabət olmadığı, azad mətbuata imkan verilmədiyi, prezidentliyə əsl iddialı şəxslərin seçkiləri boykot etdiyi vurğulanıb. L. Şövkət bildirib ki, ayrı-ayrı partiyaların prezident seçkilərini boykot etməsinin məntiqi davamı olaraq bu şəkildə əməkdaşlıq mərkəzinin yaranması ortaya çıxıb. AXCP sədri Əli Kərimli isə sənədlərin digər təşkilatlar üçün də imzalanmaq üçün açıq olduğunu söyləyib. Onun sözlərinə görə, bu formatda birgə aksiyaların keçirilməsi məsələsi də müzakirə olunacaq: “Biz birinci addım kimi bu sənədi imzaladıq, bundan sonra əməkdaşlığı daha da inkişaf etdirəcəyik. Biz cəhd edəcəyik ki, ortaq maraqlar naminə bir arada olaq”. Ə. Kərimli ACP sədri Akif Şahbazov və KXCP sədri Mirmahmud Mirəlioğlu ilə də danışıqlar aparıldığını deyib: “ACP-nin bəyanata imza atmaması sadəcə texniki problemlə bağlıdır. Biz nəzərdə tutmuşduq ki, yalnız prezidentliyə iddialı şəxslər imza atsın. ACP liderinin isə sənədə imza atmaq imkanı yox idi. Mirmahmud bəy isə bildirib ki, bu məsələni Demokratik Seçki Mərkəzində müzakirə etdikdən sonra imza atacaq. Hər iki partiya üçün sənəd açıqdır”. Müsavat başqanı İsa Qəmbər də bu imzalanmasının ilk addım olduğunu deyib. O, hazırkı formatın funksional əməkdaşlıq olduğunu və konkret istiqamətlər üzrə ciddi addımların atılacağını qeyd edib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar