SON XƏBƏRLƏR

Rusiya Ukraynaya hücuma zəmin hazırlayır_Ölkə gəncləri Kiyevə qarşı hərbi müdaxilə tələb edirlər

2021.10.20, 07:36
Rusiya Ukraynaya hücuma zəmin hazırlayır_Ölkə gəncləri Kiyevə qarşı hərbi müdaxilə tələb edirlər

Gunaz.tv
Rusiya Ukraynaya hücuma zəmin hazırlayır Ölkə gəncləri Kiyevə qarşı hərbi müdaxilə tələb edirlər jgbo3hrn.jpg «Rusiya Ukraynanın şərq regionlarında və Krımda qiyamı dəstəkləyəcək, Kiyev NATO-ya daxil olsa, bu ölkəyə hərbi qüvvə yeridəcək». lent.az-ın «Los Angeles Times»ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiyanın Avrasiya hərəkatının lideri Aleksandr Duqin çıxış edib. Duqin bildirib ki, Gürcüstanda hərbi əməliyyat barədə qərar qəbul edilməsindən sonra Rusiya rəhbərliyi əvvəlki yumşaq və Qərbi qane edən siyasətə qaytmaqacaq. Avrasiya hərəkatının lideri əvvəllər Dmitri Medvedyevi Vladimir Putinin Qərbə güzəşti kimi qəbul etdiyini də vurğulayıb: «Lakin mən səhv eləmişəm. Qərb siyasətçiləri də səhv ediblər». Duqinin iddiasına görə, Putin və Medvedyev Amerika ilə birbaşa münaqişədən yayınmağa çalışıblar. Çünki Rusiyanın qüvvəsini bərpa etməsi üçün hələ ən azı 10 il vaxt tələb olunur: «Amma Tiflisin Cənubi Osetiyaya qarşı başladığı hərbi əməliyyat Kreml tərəfindən cavab verilməsi qaçılmaz olan çağırış kimi qəbul edilib».bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar