SON XƏBƏRLƏR

İran da güclü dövlətlərə qarşı sanksiyalar tətbiq edə bilər – İran prezidenti

2021.10.20, 07:36
İran da güclü dövlətlərə qarşı sanksiyalar tətbiq edə bilər – İran prezidenti

Gunaz.tv
İran da güclü dövlətlərə qarşı sanksiyalar tətbiq edə bilər – İran prezidenti İran prezidenti Mahmud Əhmədinejad İrana qarşı iqtisadi sanksiyaların qanunsuz olduğunu və cavab olaraq hegemon dövlətlərə qarşı sanksiyalar tətbiq edə biləcəyini söyləyib. «Biz indiyədək əxlaqsız və hegemon dövlətlərin sanksiyalarına reaksiya verməmişik, lakin onlar öz hədlərini aşsalar, İran xalqı onlara reaksiya verəcək və İran dövləti də onlara qarşı sanksiyalar tətbiq edəcək», - deyə Əhmədinejad cümə günü Yaponiyanın NHK kanalına eksklüziv müsahibəsində bildirib. Bu barədə İranın «Mehrnews» agentliyi cümə günü məlumat yayıb. Əhmədinejad bildirib ki, İranın uranın zənginləşdirilməsi proqramı ilə bağlı məsələ sadə və adi bir məsələdir. «İran xalqı da digər xalqlar kimi atom enerjisindən sülh məqsədələrilə istifadə etmək istəyir və bu, iranlıların haqıdır, bütün beynəlxalq qanunlar da bu haqqı təsdiqləyir», - deyə Əhmədinejad bildirib. O bildirib ki, İranın uranın zənginləşdirilməsi proqrammı ilə bağlı yaradılan problemlər hamısı siyasi oyundur və bu, hüquqi cəhətdə əsassızdır. «İşin maraqlı tərəfi ondadır ki, Yaponiyanı atom bombası zərbəsinə məruz qoyanlar və atom başlıqlarına malik ölkələr indi İranın sülhyönlü uranı zənginləşdirmə proqramının əleyhinədirlər», - deyə Əhmədinejad bildirib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar