SON XƏBƏRLƏR

AMEA-nın müxbir üzvü: “Arxeoloji qazıntılar Naxçıvandakı Oğlanqala qədim yaşayış yerinin əvvəllər krallıq mərkəzi olduğunu sübut edir”

2021.10.20, 07:36
AMEA-nın müxbir üzvü: “Arxeoloji qazıntılar Naxçıvandakı Oğlanqala qədim yaşayış yerinin əvvəllər krallıq mərkəzi olduğunu sübut edir”

Gunaz.tv
AMEA-nın müxbir üzvü: “Arxeoloji qazıntılar Naxçıvandakı Oğlanqala qədim yaşayış yerinin əvvəllər krallıq mərkəzi olduğunu sübut edir” Şərur rayonunun Oğlanqala ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri, yüksək keyfiyyətli keramika məmulatı, mixi yazılar, hesab sisteminin mövcudluğu və ən başlıcası sütunlu sarayın varlığı Oğlanqalanın krallıq mərkəzi olduğunu təsdiq edir. Bu barədə APA-ya ərazidə arxeoloji qazıntılar həyata keçirən Azərbaycan-ABŞ ekspedisiya qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyev məlumat verib. Onun sözlərinə görə, iyul ayında həyata keçirilən və başa çatan arxeoloji qazıntıların nəticəsinə əsasən demək olar ki, bu krallığın özünəməxsus dili və mədəniyyəti olub. Ekspedisiya zamanı əldə olunan nəticələr Oğlanqalanın Dəmir Dövrünə aid qala-şəhər olması, buranın ətrafdakı Dəmir Dövrü yaşayış yerlərinin mərkəzi olduğunu sübut edir. Sözügedən tapıntılar Azərbaycan ərazisində ilk dəfə aşkar olunub. Qeyd edək ki, Azərbaycan -ABŞ ekspedisiya qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində aparılan qazıntılar zamanı uzunluğu 35, eni 28 metr olan sütunlu saray aşkar edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar