SON XƏBƏRLƏR

İran BƏƏ-nin ərazi bütövlüyünü pozur

2021.10.20, 07:36
İran BƏƏ-nin ərazi bütövlüyünü pozur

Gunaz.tv
İran BƏƏ-nin ərazi bütövlüyünü pozur tehran2.jpg Rəsmi Tehran bu ölkəyə məxsus Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarını geri qaytarmaq istəmir İran Birləşmiş Ərəb Əmirliklərinə məxsus adalara ərazi iddiası irəli sürməkdə davam edir və rəsmi Əbu Dabinin adaların geri qaytarılmasıyla bağlı tələbəni rədd edir. Bu məsələ sentyabrın 2-də Bəsrə körfəzi ölkələrinin xarici işlər nazirlərinin Səudiyyə Ərəbistanının paytaxtı Ciddə şəhərində keçirilmiş toplantısında da əsas müzakirə obyektinə çevrilib və nəticədə birgə bəyanat qəbul edilib. Sənəddə İrandan Birləşmiş Ərəb Əmirliklərinin ərazi bütövlüyünə riayət edilməsi tələb olunub. Turqut Bəyanatda həmçinin rəsmi Tehranın Birləşmiş Ərəb Əmirliklərinə məxsus olan Əbu Musa adasında rəsmi ofis açması qınanılıb və bunun dərhal yığışdırılması istənilib. Xatırladaq ki, con illər Birləşmiş Ərəb Əmirlikləri dəfələrlə İrandan rəsmi və qeyri-rəsmi mərasimlərdə Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarının qaytarılmasını tələb edib və məsələ danışıqlar yoluyla alınmayacağı təqdirdə Beynəlxalq Haaqa Məhkəməsinə üz tutacağını bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi isə jurnalistlərə açıqlamasında Kiçik Tonb, Böyük Tonb və Əbu Musa adalarıyla bağlı bəyanatı rədd edərək, rəsmi Tehranın Əbu Musa adasında rəsmi qurumların nümayəndəliklərini açmasını ölkənin qanuni haqqı saydığını deyib: "Bu adalar İrana aiddir və onların bu iddiaları əsassızdır. Biz onların iddialarını rədd edirik. Bu bəyanat İranın daxili işlərinə müdaxilədir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar