SON XƏBƏRLƏR

XİN RƏHBƏRLƏRİ XƏZƏRİN STATUSU PROBLEMİNDƏ İRƏLİLƏYİŞ OLDUĞUNU DEYİR

2021.10.20, 07:36
XİN RƏHBƏRLƏRİ XƏZƏRİN STATUSU PROBLEMİNDƏ İRƏLİLƏYİŞ OLDUĞUNU DEYİR

Gunaz.tv
XİN RƏHBƏRLƏRİ XƏZƏRİN STATUSU PROBLEMİNDƏ İRƏLİLƏYİŞ OLDUĞUNU DEYİR Xarici işlər nazirinin müavini Xələf Xələfov «Xəzərin hüquqi statusu haqqında» Konvensiyanın hazırlanması üzrə işçi qrupun Bakıda keçirilən 23-cü iclasında layihədə açıq qalmış məsələlərin razılaşdırılması aistiqamətində müzakirələr aparılacağını deyib. Nazir «Turan»a bildirib ki, iclasda dövlət başçılarının Tehran görüşündə əldə olunmuş razılıq əsasında Azərbaycanın hazırladığı Xəzərdə təhlükəsizlik məsələlərinə aid əməkdaşlığı özündə əks etdirən layihənin ilkin variantı müzakirəyə təqdim ediləcək. Layihə sahil ölkələrinin sərhəd, gömrük xidmətləri, daxili işlər orqanları arasında qarşılıqlı fəaliyyəti və əməkdaşlığı əks etdirir. Nazir müavini Xəzərdə təhlükəsizlik məsələlərinin əsas prinsipləri, xüsusilə də hərbi qüvvələrin fəaliyyəti ilə bağlı məsələlərin hüquqi statusla bağlı Konvensiya layihəsində əksini tapdığını söyləyib. O, beştərəfli danışıqlarda irəliləyişdən danışarkən bildirib ki, bir çox prinsipial məsələlər həllini tapıb, tamamilə prinsipial xarakter daşıyan bir sıra məsələlərin müəyyən aspektlərində isə fikir ayrılıqları qalmaqdadır. Xarici işlər naziri Elmar Məmmədyarov da Xəzərin hüquqi statusu probleminin həllində irəliləyişlər olduğunu deyib. Nazir dünən Xəzərin hüquqi statusunun hazırlanması üzrə İşçi Qrupun iclasında bildirib ki, mövqelərin yaxınlaşdırılması və Konvensiya layihəsinin hələ razılaşdırılmamış məsələləri üzrə ümumi razılaşmaların əldə olunması Xəzəryanı dövlət başçılarının üçüncü sammitinin keçirilməsinə əsas verərdi: «Bu məsələ ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll edilməlidir. Lakin bəzi fikir ayrılıqlarının olması Xəzəryanı ölkələrin Xəzərdə suveren hüquqlarını həyata keçirməyə, həmçinin, dövlətlərin çoxtərəfli və ikitərəfli əməkdaşlığına mane olmamalıdır». Dəniz dibinin bölünməsi və Xəzər akvatoriyasından istifadə, demilitarizasiya və təhlükəsizlik, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi, qitədaxili Xəzəryanı dövlətlərin başqa dənizlərə və dünya okeanına azad çıxışının təmin edilməsi məsələləri üzrə müzakirələrin davam etdirilməsini vacib sayırıq", deyə nazir qeyd edib. E.Məmmədyarovun sözlərinə görə, Bakı Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin dibinin bölünməsi haqda sazişə böyük əhəmiyyət verir. Bu, Xəzərin hüquqi statusu üzrə ümumi razılığın əldə olunması üçün yaxşı hüquqi baza yaradır: «Azərbaycan həmçinin İran və Türkmənistanla Xəzərin dibinin sektorlara bölünməsi üzr ikitərəfli danışıqların davam etdirilməsinin, beyəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsinin və Xəzərdə təhlükəsizliyin tərəfdarıdır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar