SON XƏBƏRLƏR

Rusiya Abxaziya və Gürcüstan arasında divar çəkəcək

2021.10.20, 07:36
Rusiya Abxaziya və Gürcüstan arasında divar çəkəcək

Gunaz.tv
Rusiya Abxaziya və Gürcüstan arasında divar çəkəcək divar-gurcustan-osetiya.jpg Abxaziya ərazisində yerləşdirilən Rusiya qoşunları Zuqdidi və Qal rayonlarının inzibati sərhədində 3 metr hündürlüyündə divar tikməyə hazırlaşırlar. Lent.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sürgündə olan Abxaziya Muxtar Respublikasının hökumətindən bildiriblər. Mənbə qeyd edir ki, hazırda Rusiya hərbi texnikası əraziyə tikinti materialları daşıyır. Hələlik tikinti işləri başlamasa da, hazırlıq prosesi gedir. İlkin informasiyaya görə, Abxaziya və Gürcüstanın bütün inzibati sərhədi boyunca divar tikiləcək. Rusiya tərəfinin fikrincə, bu divar Abxaziyanın “müstəqilliyinin simvoluna” çevrilməlidir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar