SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN STADİONA GƏLƏRƏK ERMƏNİ FUTBOLÇULARINA ÜRƏK-DİRƏK VERİB

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN STADİONA GƏLƏRƏK ERMƏNİ FUTBOLÇULARINA ÜRƏK-DİRƏK VERİB

Gunaz.tv
SERJ SƏRKİSYAN STADİONA GƏLƏRƏK ERMƏNİ FUTBOLÇULARINA ÜRƏK-DİRƏK VERİB Sentyabrın 4-ü axşam saatlarında Ermənistan prezidenti Serj Sərkisyan Yerevanın «Razdan» stadionuna gələrək milli futbol komandasının məşqini izləyib. «Media forum» saytının məlumatına görə, dövlət başçısı futbolçularla söhbət edib, Türkiyə yığmasıyla matç ərəfəsində onlara ürək-dirək verib. Ermənistanın gənclər və idman naziri Armen Qriqoryanla futbol federasiyasının başçısı Ruben Ayrapetyan da S.Sərkisyanla birgə olublar. Ermənistan prezidentinin milli komandanın məşqinə gəlməsi sentyabrın 6-da 2010-cu il dünya futbol çempionatı seçmə mərhələsinin 5-ci Avropa qrupunda keçiriləcək Ermənistan-Türkiyə qarşılaşmasına görünməmiş diqqəti sübut edir. Tarix boyu heç vaxt üz-üzə gəlməmiş iki yığmanın oyunu ermənilərlə türklərin ədavətli keçmişi səbəbindən həm də ictimai-siyasi önəm daşıyır. Üstəlik, Türkiyə prezidenti Abdulla Gül bu matçı Yerevanın «Razdan» stadionunun tribunalarından – erməni həmkarı Serj Sərkisyanla yanaşı oturub izləyəcək. Ermənistanla Türkiyədən savayı bu qrupda son Avropa çempionatının qalibi İspaniya və Belçika, Bosniya, Estoniya yığmaları yer alır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar