İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Metyu Brayza: "Bu prosesin Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracağına ümid bəsləyirik" Türkiyə prezidenti Abdulla Gül ermənistanlı həmkarı Serj Sərkisyanın dəvətini qəbul edərək iki ölkənin milli futbol komandaları arasında sentyabrın 6-da kençiriləcək matçı izləmək üçün İrəvana getməyə qərar verib. "Milliyət" qəzeti xəbəri "Təpgilərə rəğmən Ermənistan ziyarəti" başlığıyla verib. Qəzet yazır ki, CHP lideri Dəniz Baykal və MHP başqanı Dövlət Baxçalının sərt xəbərdarlıqlarına, Xarici İşlər Nazirliyinin təhlükəsizliklə bağlı narahatlığını bildirməsinə baxmayaraq, prezident Ankaranın problemlərin çözümünə açıq tərəf olduğunu göstərmək üçün Serj Sərkisyanın dəvətini qəbul edib. Ramiz Mikayıloğlu Təhlükəsizlik qayğılarına görə Abdulla Gülü Türkiyədən gedəcək 30 nəfərlik xüsusi bir qrup qoruyacaq. O, futbol oyunu başlamağa 2 saat qalmış İrəvanda olacaq. Xatırladaq ki, Ermənistanda hakimiyyət koalisiyasında təmsil olunan "Daşnakstyun" Gülün səfəriylə bağlı etiraz aksiyası keçirməkdə qərarlıdır. Sərkisyan sərhədlərin açılmasını istəyəcək Prezidentin mətbuat xidmətinin sentyabrın 3-də axşam saatlarında yaydığı açıqlamada deyilir ki, idman mübarizəsindən daha çox bu, önəmli imkanlar açan bir məsələ anlamını daşıyır: "Bu matçla bağlı edilən səfərin bölgədə yeni bir dostluq iqlimi formalaşmasına da yardımçı olacağı düşünülməkdədir. Prezident bu anlayışla dəvəti qəbul edib. Bu futbol oyununun ortaq tarixi olan iki xalqın yaxınlaşmasını əngəlləyən problemlərin ortadan qaldırılmasına və yeni bir zəmin hazırlanmasına yardımçı olacağına inanılmaqdadır. Ümid edilir ki, səfər iki ölkə xalqının bir-birlərini daha yaxşı anlamalı üçün bir fürsət olacaq". Türkiyənin Bakıdakı keçmiş səfiri Ünal Çeviközün başçılığıyla İrəvanda olmuş, Ermənistan prezidentiylə də görüşmüş diplomatlar isə keçirdikləri mətbuat konfransında Serj Sərkisyanın Abdulla Güllə görüşdə sərhədlərin açılması istəyini dilə gətirəcəyini bildiriblər. Serj Sərkisyan Türkiyənin Ermənistana iqtisadi yatırım qoymasını da zəruri sayacaq. "Soyqırım" məsələsiylə bağlı isə sərt fikirlər səsləndirilməyəcək. ABŞ, Avropa Birliyi məmnun, CHP, MHP qeyri-məmnun CHP və MHP-nin mövqeyi prezidentin mətbuat xidmətinin verdiyi açıqlamadan və diplomatların keçirdikləri mətbuat konfransından sonra da dəyişməyib. CHP-nin rəhbərliyində təmsil olunan Mustafa Özyürek bunu gərəksiz ziyarət sayır: "Ermənistan Türkiyənin sərhədlərini tanımır və bizi soyqırım həyata keçirməkdə ittiham edir. Belə addımlar qarşı tərəfə cəsarət verir. Beynəlxalq münasibətlərdə bu cür manevrlərin bir xeyri yoxdur. Bu, Ermənistanın qürurunu oxşayacaq bir manevrdir". MHP başqanının köməkçisi Tunca Toskay da bildirib ki, türk milləti absurd və yalan bir dillə "soyqırım"da ittiham edilir: "Bu məsələdə İrəvanın geri addım atacağına dair ən kiçik bir işarət belə olmadığı halda, belə səfər son dərəcə gərəksizdir. Biz səfəri AKP-nin güzəştli xarici siyasətinin davamı kimi qiymətləndiririk". Türk mətbuatının yazdığına görə, Vaşinqtonsa Abdulla Gülün İrəvana yollanmağa qərar verməsindən məmnundur. Dövlət katibinin müavininin köməkçisi Metyu Brayza prosesin davamlı olacağına, bunun Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracağına, hüquq və diplomatiyanı da içinə alan bir siyasi uzlaşmaya çevriləcəyinə ümid bəslədiklərini söyləyib. ABŞ Dövlət Katibliyinin Avropa Bürosunun sözçüsü Mark Toner Abdulla Gül və Serj Sərkisyanın tarixi görüşlərinin Türkiyə-Ermənistan münasibətlərinin tamamilə normallaşdırılmasına yönəlik bir zəminin formalaşmasına yardım etməsini arzuladıqlarını dilə gətirib. Avropa Birliyi də razı qalıb və Cənubi Qafqazda gərginliyin olduğu bir dönəmdə ziyarətin gerçəkləşməsinə xüsusi diqqət çəkib. Gümrü-Qars dəymiryolunun açılması gündəmə gətirilir Ermənistanın "A1+" telekanalı isə bu səfərlə bağlı İrəvanda sorğu keçirib. 69 yaşlı Knar deyib ki, türklər həmişə ermənilərin düşməni olub, indi onların gəlişini arzulamaq yersizdir. Yaşlı ermənilərin əksəriyyəti onun kimi düşünür. Gənclərin düşüncəsi fərqlidir. Məsələn, 24 yaşlı Asmik Serj Sərkisyanın Abdulla Gülə dəvət göndərməsinə müsbət yanaşır: "Nə qədər gərginlikdə yaşamaq olar? Düzdür, türkləri sevmirəm, ancaq sülh şəraitində yaşamaq istəyirəm. Əlbəttə, biz soyqırımı unutmamalıyıq, ancaq yol verməməliyik ki, superdövlətlər bu məsələdə öz maraqları üçün spekulyasiya etsinlər. Yaxşısı budur ki, Türkiyə və Ermənistan özləri bu məsələni həll etsinlər". 18 yaşlı Alina bildirib ki, Abdulla Gülün səfəri onun İrandakı dostlarının xoşuna gəlmir: "İrandakı dostlarım deyirlər ki, türklərin ucbatından bu gün Ermənistanda yaşamırlar, biz niyə onun İrəvana gəlməsinə yol veririk". Amma 41 yaşlı Susanna türklərlə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Deyir ki, Azərbaycandan sonra ikinci düşmən lazım deyil. Amma 37 yaşlı Viqen inanmır ki, türklərlə ermənilər nə vaxtsa dost olsunlar. 19 yaşlı Laura isə hesab edir ki, XXI əsrin gəncləri müharibəyə qarşıdırlar və türk xalqıyla barışmağa hazırdırlar. Serj Sərkisyan keçirdiyi mətbuat konfransında Abdulla Gülü futbola baxmağa dəvət etməsinin siyasi məsələ olduğunu etiraf edib: "Biz keçmişi unutmadan gələcəyə baxmalı, qarşılıqlı maraqları əsas götürərək şərt irəli sürmədən danışıqlara başlamalıyıq." O deyib ki, iki dövlətin dəmiryollarını birləşdirən Qars-Gümrü xətti 1993-cü ildən bağlıdır: "Xəritəyə baxsanız görərsiniz ki, bir neçə kilometrlik bu dəmiryolu regionda qarışlıqlı hərəkəti prinsipial surətdə dəyişdirər". Qərb Ermənistanın təcriddən qurtulacağına sevinir Qərb mətbuatı da Abdulla Gülün səfərinə xüsusi diqqət ayırır. BBS kanalı səfərin iki ölkə münasibətlərindəki buzların əriməyə başlamasına işarə etdiyi qənaətindədir. "The Guardian" qəzeti də bu qənaətdədir. Bir müddət Türkiyədə fəaliyyət göstərmiş Stefan Kinzer məqaləsində yazır ki, bu səfər Ankara və İrəvan arasında gərginiyin nəhayət, sona çatacağına işarədir: "Ermənistan yoxsul və təcrid edilmiş durumdadır. Bu ölkə Türkiyə sayəsində dünyanın digər ölkələriylə əlaqə qura bilər. Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Ancaq 3 il sonra, 1993-cü ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdikdən sonra Ankara sərhədləri bağlayıb. Abdulla Gül yəqin ki, uzun keçmişə malik bu problemi də masaya gətirəcək. Türkiyənin bölgə gücü statusuna yüksəlməsi qonşularıyla münasibətlərin qaydaya düşməsi sayəsində mümkün ola bilər. Türkiyə əvvəllər Ermənistanı regional layihələrdən və neft kəmərlərindən kənarda saxlamaqla təcrid etməyə çalışıb. Ankarada artıq bu siyasətin keçərliliyini itirdiyi qənaətindədirlər. Türkiyədəki hərbi dairələr və erməni diasporası Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasından narahatdırlar". xalqcebhesi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb