SON XƏBƏRLƏR

Abdulla Gül sentyabrın 20-dək Azərbaycana gələcək

2021.10.20, 07:36
Abdulla Gül sentyabrın 20-dək Azərbaycana gələcək

Gunaz.tv
Abdulla Gül sentyabrın 20-dək Azərbaycana gələcək abdulla-gul.jpg Türkiyə prezidenti Abdulla Gülün İrəvan səfərinin Azərbaycanda birmənalı qarşılanmaması Ankaranın əsas gündəm mövzularındandır. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, rəsmi Ankara Azərbaycanın könlünü almaq üçün bir sıra addımlar atmağa hazırlaşır. Bu məqsədlə planlaşdırılan addımlardan biri prezident Abdulla Gülün yaxın bir-iki həftə ərzində Bakıya səfər etməsidir. Türkiyə mətbuatı səfərə hazırlıq prosesini davam etdiyini, Abdulla Gülün Bakı səfərinin ABŞ səfərindən əvvəl reallaşması üçün danışıqların aparıldığını yazır. Qeyd edək ki, Abdulla Gülün ABŞ səfəri sentyabrın 20-də gerçəkləşəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar