SON XƏBƏRLƏR

Moskvada azərbaycanlılara qarşı terror aktı - FOTOLENT

2021.10.20, 07:36
Moskvada azərbaycanlılara qarşı terror aktı - FOTOLENT

Gunaz.tv
Moskvada azərbaycanlılara qarşı terror aktı - FOTOLENT azer-bomba-moskva1.jpg azer-bomba-moskva.jpg azer-bomba-moskva0.jpg azer-bomba-moskva4.jpg Həmyerlilərimizin yas mərasiminə yığışdığı kafe partladıldı Moskvanın mərkəzində azərbaycanlıların yığışdığı kafedə terror aktı həyata keçirilib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 10-dan çox adam isə yaralanıb. Yaralananlar arasında kişilər, qadınlar və uşaqlar var. Onlardan iki nəfərinin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir. Hadisə sentyabrın 4-də yerli vaxtla axşam saat 22-də baş verib. Naməlum cinayətkar General Belov küçəsində yerləşən kafeyə yaxınlaşaraq dekorativ hasarın üstündən içəriyə içinə metal əşyalar doldurulmuş əldəqayırma bomba atıb. Bomba stolların arasına düşərək partlayıb. Mənbə partlayıcı qurğunun gücünün 200 qram trotilə bərabər olduğunu bildirir. Şahidlərin sözlərinə görə, partlayışın gücündən kafedə olan bütün masalar və insanlar döşəməyə yıxılıb. Partlayışın səsi isə hadisə yerindən bir neçə kilometr aralıda eşidilib. Agentlik partlayışın kafedə yas mərasimi keçirildiyi zaman törədildiyini də qeyd edir. “Life.ru”saytı isə kafedə yas mərasimində 50-yə yaxın azərbaycanlının yığışıdığını qeyd edir. Sayt onu da bildirir ki, bomba kafeyə əvvəlcədən qoyulubmuş. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar