SON XƏBƏRLƏR

POLİTOLOQ: “TÜRKİYƏ PREZİDENTİNİN İRƏVANA SƏFƏRİ İRANIN 1992-Cİ İLİN SENTYABRINDA ERMƏNİSTANA ƏRZAQ YARDIM ETMƏSİNİ XATIRLADIR”

2021.10.20, 07:36
POLİTOLOQ: “TÜRKİYƏ PREZİDENTİNİN İRƏVANA SƏFƏRİ İRANIN 1992-Cİ İLİN SENTYABRINDA ERMƏNİSTANA ƏRZAQ YARDIM ETMƏSİNİ XATIRLADIR”

Gunaz.tv
POLİTOLOQ: “TÜRKİYƏ PREZİDENTİNİN İRƏVANA SƏFƏRİ İRANIN 1992-Cİ İLİN SENTYABRINDA ERMƏNİSTANA ƏRZAQ YARDIM ETMƏSİNİ XATIRLADIR” mubariz_ehmedoglu.jpg Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu avqust ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin yekunlarına dair mətbuat konfransı keçirib. M. Əhmədoğlu deyib ki, Rusiya-ABŞ münasibətləri ay ərzində dünyada ən aktual məsələ olub, bu proseslər böyüyərək artıq Qərb-Rusiya gərginliyinə çevrilib. Rusiyanın Gürcüstana təcavüzünün qərb dünyasını bir araya gətirdiyini qeyd edən politoloqun fikrincə, Rusiya Gürcüstanı Cənubi Osetiyada tələyə salıb. Türkiyənin regiondakı rolunu dəyərləndirən M. Əhmədoğlu bu ölkənin prezidenti Abdullah Gülün İrəvana səfərini pisləyib: “1992-ci ilin sentyabrında İran Ermənistana yardım etməklə erməniləri ərzaq problemindən xilas etdi. Türkiyənin bu hərəkətləri həmin dövrü xatırladır. Gürcüstan-Rusiya münaqişəsi kontekstində Ermənistana münasibət Azərbaycanın əleyhinədir”. Politoloq İnquşetiya müxalifətinin liderlərindən olan jurnalist Məhəmməd Yevloyevin qətlindən sonra Rusiyada vəziyyətin kəskinləşəcəyini söyləyib. Onun sözlərinə görə, artıq İnquşetiya müxalifəti respublikanın müstəqilliyi ilə bağlı bəyanatlar səsləndirib. Politoloq Asiyada Çinin nüfuzunun artdığını da qeyd edib. O, Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər Qafqazda sabitlik olmayacağını xüsusi vurğulayıb. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar