SON XƏBƏRLƏR

Ərdoğan: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemi ilə bağlı davam edən danışıqlar prosesini bitirməlidir"

2021.10.20, 07:36
Ərdoğan: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemi ilə bağlı davam edən danışıqlar prosesini bitirməlidir"

Gunaz.tv
Ərdoğan: "ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemi ilə bağlı davam edən danışıqlar prosesini bitirməlidir" "Bu problemin həll yolu tapılmalıdır" erdogan3.jpg ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa 16-17 ildir ki, Dağlıq Qarabağ problemi ilə bağlı davam edən danışıqlar prosesini bitirməlidir. Bu problemin həll yolu tapılmalıdır. Bu bəyanatla Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, həmçinin Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfəri çərçivəsində, rəsmi Ankaranın təklif etdiyi “Qafqazda təhlükəsizlik və əməkdaşlıq platforması” ideyası ilə bağlı ilkin danışıqların keçiriləcəyini də deyib. Bundan başqa, Türkiyə hökumətinin başçısı Abdullah Gülün Ermənistana səfərinin narazılıqla qarşılanmasına cavab olaraq, ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib. Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməlidir”. Rəcəb Tayyib Ərdoğan belə deyib./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar