SON XƏBƏRLƏR

Qax və Zaqatalada 7 vəhhabi həbs olundu

2021.10.20, 07:36
Qax və Zaqatalada 7 vəhhabi həbs olundu

Gunaz.tv
Qax və Zaqatalada 7 vəhhabi həbs olundu Qax və Zaqatala rayonlarında vəhhabi təriqətinə mənsub 7 nəfər həbs edilib. Yerli dindarlar APA-nın Şəki-Zaqatala bürosuna bildiriblər ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonda vəhhabi təriqətinin üzvü olan 10 nəfər saxlanılaraq polis bölməsinə aparılıb. Saxlanılanlardan 4-ü -Nəsimi Mustafayev, İlham Saraqanov, Əfqan Şəkiliyev və Hacıkərim İsmayılov məhkəmənin qərarı ilə 7 günlük həbs cəzasına məhkum ediliblər. Dünən həmçinin Zaqatalada 3 vəhhabi saxlanılıb. Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan Ramazan Dimbazovun 10 gün, Amil Səfərəliyev və Səid Şabanovun barəsində isə 7 günlük həbs-qətimkan tədbiri seçilib. Zaqatala RPŞ-dən bildirilib ki, saxlanılan şəxslər polisə müqavimət göstərməkdə təqsirli bilinirlər. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar