SON XƏBƏRLƏR

Azərbaycan Xəzərdə təhlükəsizliklə bağlı yeni sənəd hazırlayıb

2021.10.20, 07:36
Azərbaycan Xəzərdə təhlükəsizliklə bağlı yeni sənəd hazırlayıb

Gunaz.tv
Azərbaycan Xəzərdə təhlükəsizliklə bağlı yeni sənəd hazırlayıb Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Azərbaycan tərəfinin işçi qrupu Xəzər dənizində təhlükəsizlik məsələlərinə dair əməkdaşlıqla bağlı layihə hazırlayıb. Bu barədə məlumat verən xarici işlər nazirinin müavini, işçi qrupunun rəhbəri Xələf Xələfovun sözlərinə görə, belə layihənin hazırlanması Tehranda keçirilən dövlət başçılarının görüşündə əldə olunmuş razılığa əsasən Azərbaycan tərəfinə tövsiyə olunub: "Tövsiyədə Xəzərdə təhlükəsizlik məsələləri ilə bağlı ümumi baxışlar və yanaşmaların ümumiləşdirilərək ilkin layihə hazırlanması göstərilib. Artıq həmin layihə işçi qrupu səviyyəsində hazırlanıb və Bakıda keçirilən iclasda tərəflərə təqdim edilərək layihə ətrafında fikir mübadiləsi aparılacaq". İşçi qrupu rəhbərinin bildirdiyinə görə, layihədə əsasən sərhəd və gömrük xidmətləri və daxili işlər orqanları arasındda qarşılıqlı fəaliyyət və əməkdaşlıq nəzərdə tutulur. Hərbi, siyasi təhlükəsizlik məsələləri isə layihədə əksini tapmayıb. Çünki Xəzərin statusunu müəyyən edən konvensiya layihəsində hərbi qüvvələrin fəaliyyətinə aid olan müddəalar var. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar