İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
ABŞ vitse-prezidenti sentyabrın 3-də Bakıya etdiyi səfəri başa vuraraq dünən səhər Tiflisə yola düşüb. Gürcüstan KİV-lərinin məlumatlarına görə, Çeyninin təyyarəsi Bakı vaxtı ilə saat 12 radələrində Tiflis aeroportuna enib, onu baş nazir Vladimir Qurgenidze, xarici işlər naziri Eka Tekelaşvili və digər rəsmi şəxslər qarşılayıblar. Çeyninin Gürcüstan səfərinin cəmi 4 saat davam edəcəyi və onun Tiflisdə danışıqları başa vuraraq Kiyevə yola düşəcəyi əvvəlcədən xəbər verilmişdi. ABŞ administrasiyasındakı mənbə Çeyninin Gürcüstana səfəri ilə bağlı bəyan edib ki, bu səfər zamanı Gürcüstandakı indiki böhran çərçivəsində ölkənin bərpası, habelə Avroatlantika strukturlarına inteqrasiyası ilə bağlı danışıqlar aparacaq. Səfər ərəfəsində ABŞ prezidenti Corc Buş Gürcüstana 1 milyard dollarlıq yardım ayrıldığını elan edib, mənbə deyib ki, Çeyni həmin yardım paketi haqda gürcü tərəfini məlumatlandıracaq. Xəbər verildiyi kimi, Çeyninin Bakıya səfəri tam məxfilik şəraitində keçib. Səhər saatlarında Bakıya gələn yüksək rütbəli qonağın görüşləri və danışıqları haqda gün ərzində bir-iki sətirlik informasiyalardan başqa xəbər əldə etmək mümkün olmayıb. Əvvəlcə prezident İlham Əliyev Bakıdakı prezident sarayı qarşısında rəsmi mərasimlə Çeynini qarşılayıb və onunla təkbətək görüşüb. Daha sonra Çeyni ABŞ-ın Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərindən bəzilərinin, o cümlədən “Chevron” və bp-nin prezidentləri ilə görüşüb. Axşam isə prezident Əliyevin Bakı ətrafındakı Zuğulba bağları iqamətgahında Çeyni yenidən onunla rəsmi danışıqlar aparıb. Yalnız bu danışıqlardan sonra Çeyni Əliyevlə mətbuat qarşısına çıxıb və qısa yazılı bəyanatla çıxış edib. Azərbaycan televiziyaları həmin görüntüləri gecə saatlarında yayıb. Çeyni Azərbaycan prezidenti İlham Əliyevlə danışqlarından sonra mətbuat üçün əvvəlcədən hazırlanmış yazılı bəyanatı oxuyaraq bildirib ki, Amerika Qafqazdakı müttəfiqlərinin əmin-amanlığında və rifahında daim maraqlıdır. O, Bakı danışıqlarının Rusiyanın bu yaxınlarda Gürcüstana etdiyi hərbi müdaxilə fonunda baş tutduğunu qeyd edərək, deyib ki, prezident Buş onu Azərbaycan xalqına və bütün regiona konkret bir ismarıcla göndərib: “Amerikanın sizin rifahınız və təhlükəsizliyinizin təmin olunmasında davamlı marağı var”. Dik Çeyni Amerikanın enerji daşıyıcılarının nəqlində əlavə marşrutların yaradılması istiqamətində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, həm Azərbaycanın, həm bölgənin, həm də dünyanın enerji təhlükəsizliyinə cavab verərdi. İlham Əliyev isə danışıqlar zamanı müdafiə sahəsində Azərbaycanla Amerika arasında əlaqələr, beynəlxalq sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələlərinin müzakirə edildiyini bildirib. O deyib ki, Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın münaqişənin həlli yollarının tapılmasında vacib rol oynayır. Əliyev qeyd edib ki, digər münaqişələr kimi Dağlıq Qarabağ münaqişəsi də beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməlidir. Vitse-prezident bildirib ki, Amerika Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı surətdə dəstəkləyir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi və bütün digər beynəlxalq hüquq normalarına əsaslanan danışıqlar yolu ilə həllinə tərəfdardır. O əlavə edib ki, Qarabağ münaqişəsinin həlli indi heç zaman olmadığı kimi vacibdir. Onun fikrincə, münaqişənin çözülməsi regionda sülh və sabitliyi, o cümlədən Azərbaycanın təhlükəsizliyini bərqərar edər. Çeyni eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Qərb ölkələri ilə əməkdaşlığını alqışlayıb. O deyib ki, Amerika qəti şəkildə hesab edir ki, təbii sərvətlərin sərbəst nəqlini təmin etmək və əlavə ixrac marşrutlarının işlənməsi üçün Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birgə iş aparılmalıdır. Bu ümumi məzmunlu bəyanatlardan da göründüyü kimi, Çeyninin Bakıya səfərində əsas məqsəd “Nabukko” qaz kəməri, habelə “Transxəzər” neft və qaz kəmərləri layihələrinə Azərbaycan rəhbərliyinin birmənalı dəstəyini təmin etmək olub. Bu səfər ərəfəsində Bakıdakı Qərb diplomatlarından biri bildirmişdi ki, Vaşinqton Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Azərbaycanın bu ölkənin başına gətirilənləri nəzərə alaraq öz qazını Moskvaya satacağından narahatdır. Bu halda “Nabukko” layihəsinin əhəmiyyəti qalmazdı. Bəlli olduğu kimi, Rusiya Avropanın qaz bazarında 50 faizə yaxın paya malikdir. Məhz Rusiya neftindən və qazından asılılıq Avropa Birliyinə Moskvanın Gürcüstana müdaxiləsi ilə bağlı hər hansı sərt addım atmağa imkan vermədi. ABŞ Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmağa çalışarkən Moskva Gürcüstana müdaxilə etməklə bu səylərə ciddi zərbə vurdu. Ona görə də Xəzərin enerji ehtiyatlarını Qərb üçün ən etibarlı alternativ mənbə kimi təqdim edən Çeyni ölkəsinin maraqlarını xilas etmək üçün Bakıya gəlib. İ.Əliyevin bəyanatına əsasən belə qənaət ortaya çıxırdı ki, Azərbaycan öz enerji ehtiyatlarının alternativ marşrutlarla nəqli strategiyasına sadiq qalır və bunun üçün ABŞ-la sıx əməkdaşlıq etməyə hazırdır. Lakin indiki halda bunu həyata keçirmək bir şərtlə mümkün ola bilərdi: ABŞ Azərbaycanı Rusiya təhlükəsindən qoruyacağı haqda möhkəm təminat versin və Gürcüstandan keçən kəmərlərin təhlükəsizliyini ən etibarlı şəkildə təmin etməyə yardımçı olsun. Gözlənilirdi ki, danışıqlar zamanı məhz bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ABŞ-ın möhkəm təhlükəsizlik təminatı olmadan Azərbaycanın Rusiyadan yan keçən enerji nəqli layihələrinə qoşulması, öz qazını bu marşrutla nəql etməsi qəzəblənmiş “rus ayısı”nın ən ağır cavab zərbələri ilə müşayiət oluna bilərdi. Əvvəlcədən şübhə yox idi ki, Kremldə Çeyninin Bakıya səfərini izləyəcəklər və onun nə danışdığı haqda məlumat almağa çalışacaqlar. Elə də olub. İlham Əliyev Çeyni ilə görüşü başa çatdıqdan az sonra Rusiya prezidenti Dmitri Medvedev ona zəng edib. Kremldən yayılan qısa rəsmi açıqlamada deyilir ki, tərəflər iki ölkə arasında siyasi əlaqələrin qarşıdakı qrafiki, habelə beynəlxalq gündəmin və ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Sözsüz ki, bu cümlələr prezidentlərin telefon danışığını ifadə etmir və yalnız protokol xarakteri daşıyır. Medvedevin əslində İ.Əliyevin Çeyni ilə danışıqlarının nəticəsi ilə maraqlandığı aydındır. Rusiya prezidentinin Çeyninin Bakını tərk etməsini gözləmədən Azərbaycan rəhbərinə zəng etməsi göstərir ki, Kreml bu səfər necə böyük diqqətlə izləyirdi. Rusiya mətbuatında Çeyninin səfəri ilə bağlı gedən yazıların əsas məqzi ondan ibarətdir ki, Vaşinqton Moskvaya qarşı müttəfiq yığıb, onun sərhədləri boyu müttəfiq zənciri yaratmaq istəyir. Lakin Rusiya rəsmiləri öz şərhlərində bir qədər ehtiyatlı görünüblər və sadəcə bildiriblər ki, Gürcüstan prezidenti Mixail Saakaşvilini dəstəkləməklə Qərb tarixi səhv buraxır. Rusiya mətbuatına görə, son günlər MDB məkanında özünəməxsus müttəfiq ovu başlayıb, Rusiya liderləri artıq Moldova, Ermənistan, Özbəkistan, Qazaxıstan və Tacikistan rəhbərləriylə görüşüblər və indi ABŞ-ın vitse-prezidenti Azərbaycan, Gürcüstan və Urkraynaya səfərini başlayıb. “Kommersant” qəzeti yazır ki, Avropa Birliyinin Rusiyayla bağlı yumşaq mövqeyindən sonra ABŞ işə qarışmaq qərarına gəlib və Dik Çeyni Bakı, Tiflis və Kiyev səfəriylə Vaşinqtonun müttəfiqlərini birləşdirib onları Kremlin niyyətlərinə qarşı qoymaq istəyir. Bu arada Dik Çeyninin səfərini şərh edən Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib ki, Moskva ABŞ vitse-prezidentinin nitqlərini diqqətlə izləyəcək: “Mən başqa ölkələrin nümayəndələrinin bir-birinə etdikləri səfərləri izləməməyə çalışıram. Amma arabir bu və ya digər səfərlər maraq kəsb edir. Cənab Çeynidən söz düşmüşkən, mən onun bir neçə il əvvəl baş tutmuş Litvaya səfərini xatırlayıram, orada o, öz məşhur çıxışlarından birini etmişdi. İndi baxaq, qulaq asaq görək nə deyəcək”. Litvadakı məhşur çıxışında Dik Çeyni Rusiyanı sərt tənqid edib. İndi də politoloq Nikolay Zlobinə görə, Çeyni öz səfəri zamanı ABŞ-ın dəyişməz mövqeyini çatdıracaq: “Bu mövqeyin əsası odur ki, Rusiyanın postsovet ölkələriylə bağlı heç bir inhisarı və veto hüququ yoxdur. Müstəqilliyini qazanmış postsovet ölkələri dost seçimində azad olmalıdırlar və onlar tək rusiyayönlü siyasət aparmaya da bilərlər”. Dmitriy Medvedev isə ölkəsinin xarici siyasətinin əsas 5 prinsipini elan edib. Burada göstərilir ki, bəzi bölgələrdə Rusiya xüsusi maraqlara malikdir və onun siyasəti də müvafiq olacaq. Bu areala ilk növbədə Rusiyanın MDB qonşuları aid edilir. Bu baxımdan Moskvadakı MDB ölkələri institutundan Andrey Qrozinə görə, Rusiya ciddi mübarizəyə qoşulacaq: “Avropa Birliyinin sammiti və xüsusilə Dik Çeyninin Qafqaza başlamış səfərindən sonra açılan hazırkı vəziyyət Rusiyanı simmetrik cavablara təhrik edir. Hazırda Moskvanın qaz kəmərləri, hərbi ləvazimat ixracı məsələsində təklifləri birinci addım deyil, bu cavab addımlarıdır”. Ekspertlərə görə, indi Rusiya MDB-də müttəfiq yığmağa çalışır və bunun üçün bəzi tərəfkeşlərinə yeni qaz kəmərləri, yeni qaz qiymətləri yaxud güzəştli silah qiymətləri təklif edir. Müşahidəçilərin zənnincə, Dik Çeyninin səfərinə Moskva əsas cavabı bu gün təqdim etməyə çalışacaq. Moskvada bu gün Rusiya, Belarus, Ermənistan və bir neçə Mərkəzi Asiya ölkəsini birləşdirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçiriləcək. Rəylərə görə, burada Rusiya üzv ölkələrin onun Qafqaz siyasətini tamamilə dəstəkləməsinə nail olmaq istəyir. Çeyninin Bakıya səfərinin nəticələri haqda danışmaq isə hələ tezdir. Danışıqlar tam məxfi keçdiyindən tərəflərin hansı razılaşmalar əldə etdikləri, yaxud əldə etmədikləri bəlli deyil. Belə görünür ki, bu səfərin səsi sonra çıxacaq. Bu səs istər Rusiyanın Azərbaycana qarşı davranışlarında, istərsə də ABŞ-ın siyasətinin sonrakı gedişində özünü göstərə bilər. F.MƏMMƏDOV musavat
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb