SON XƏBƏRLƏR

ÇEYNİ TİFLİSDƏN RUSİYAYA SƏRT MESAJLAR VERDİ

2021.10.20, 07:36
ÇEYNİ TİFLİSDƏN RUSİYAYA SƏRT MESAJLAR VERDİ

Gunaz.tv
ÇEYNİ TİFLİSDƏN RUSİYAYA SƏRT MESAJLAR VERDİ ABŞ vitse-prezidenti Saakaşviliyə güclü dəstəyini ifadə etdi 5685.jpg Amerikanın vitse-prezidenti Dik Çeyni Tiflisdə olarkən Gürcüstana güclü dəstək ifadə edib. O deyib ki, Gürcüstan ABŞ-ın davamlı dəstəyinə və yardımına bel bağlaya bilər. Çeyni əlavə edib ki, Rusiyanın bölgədəki hərəkətləri onun beynəlxalq tərəfdaş kimi etibarlılığına şübhə yaradıb. Tiflisdə Mixail Saakaşvili ilə keçirdiyi brifinqdə, ABŞ vitse-prezidenti deyib. “Qızılgül inqilabından sonra, Amerika bu gənc və cəsur demokratik dövlətin köməyinə gəldi. Siz öz suveren ərazinizin işğalı və sərhədlərinizin zor yolu ilə dəyişdirilməsi istiqamətində qanunsuz, birtərəfli cəhdlə mübarizə apararkən, biz bunu yenə də edirik...” “...Rusiyanın addımları onun niyyətləri və beynəlxalq partnyor kimi etibarlılığı barədə böyük şübhələr yaradır. Təkcə Gürcüstan yox, regionun hər yeri və əslində beynəlxalq aləmdə.” Çeyni elan edib ki, Vaşinqton Gürcüstana bir milyard dollar məbləğində yardım edəcək. Onun sözlərinə görə, Gürcüstanın müstəqilliyi və suverenliyi çox vacibdir. “Bu aydındır, gürcülər azadlıq uğrunda və başqa torpaqlarda azadlıq uğrunda can qoyublar. Bütün gürcülərin azad yaşamaq haqqı var. Mən inanıram ki, gürcülərin qisməti azadlıqdır. Gürcülərin qəlbində böyük cəsarət var. Amerikada onların möhkəm və sadiq dostları var”-, deyə vitse-prezident bildirib. Çeyni vəd edib ki, ABŞ NATO-dakı müttəfiqləri ilə birlikdə Gürcüstanın maraqlarını qorumaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, ABŞ Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Mixail Saakaşvili isə Çeyniyə rusların Abxaziya və Cənubi Osetiyada gürcülərə qarşı etnik təmizləmə apardığı haqda məlumat verib. Onun bildirdiyinə görə, həmin bölgələrin gürcü əhalisinin 80 faizi artıq evlərindən qovulub. Saakaşvili deyib ki, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Gürcüstan ölkənin birləşdirilməsi uğrunda dinc mübarizəni davam etdirəcək. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar