SON XƏBƏRLƏR

Türkiyə ermənilərlə sərhədləri açsa... ,Ermənistan güclənəcək

2021.10.20, 07:36
Türkiyə ermənilərlə sərhədləri açsa... ,Ermənistan güclənəcək

Gunaz.tv
Türkiyə ermənilərlə sərhədləri açsa... "Ermənistan güclənəcək" T ürkiyə prezidenti Abdullah Gülün erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu ölkəyə səfər etməsi Azərbaycanla yanaşı bütün türk dünyasında müzakirə olunmaqdadır. Bu ayın 6-da baş tutacaq səfəri partiyalar da birmənalı olaraq, səhv addım kimi qiymətləndirirlər. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü və sədrin müşaviri Samir Əsədli "OLAYLAR"a verdiyi açıqlamada Abdullah Gülün səfərinin Türkiyə vətəndaşlarının 76 faizinin istəyinə zidd olduğunu və bunun təmsil etdiyi təşkilatda da müsbət qarşılanmadığını deyib. Gülün türk xalqının mənafeyinə uyğun hərəkət etməli olduğunu diqqətə çatdıran partiya funksioneri, Ermənistanın blokada şəraitində olduğunu və Türkiyənin bu dövlətlə sərhədlərinin açacağı təqdirdə bədxah qonşunlarımızın yenidən iqtisadi cəhətdən inkişaf edəcəyini diqqətə çatdırıb: "Türkiyə Ermənistanla sərhədləri açsa, Ermənistan Azərbaycan ərazilərini daha güclü formada nəzarətdə saxlayacaq. Gülün bu səfəri türk xalqlarına xəyanət kimi qiymətləndirilməlidir. Təbii ki, burada diplomatik gedişlər, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli istiqamətində danışıqlar da mümkündür". S.Əsədli deyib ki, Ermənistan işğal olunmuş torpaqları geri qaytarmayanadək Türkiyə bu dövlətlə heç bir iqtisadi, siyasi əlaqələr qurmamalıdır. Partiya funksioneri Türkiyənin dövlət başçısından əvvəlki prezidentlərin mövqelərini göstərməsini israrlı şəkildə istədiklərini bildirib: "Hesab edirik ki, Abdullah Gül türk millətinə xəyanət edəcək hər hansı addım atmayacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar