SON XƏBƏRLƏR

Rusiyalı akrobatlar yanıb kül oldu

2021.10.20, 07:36
Rusiyalı akrobatlar yanıb kül oldu

Gunaz.tv
Rusiyalı akrobatlar yanıb kül oldu Rusiya İdman Akrobatikası Federasiyasının Gelencik şəhərindəki İdman Hazırlığı Mərkəzində güclü yanğın olub. Yanğında ölkə yığmasının üç idmançısı və məşqçi həlak olub. Faciənin qurbanları 18 yaşlı Anna Maryina, 16 yaşlı Olqa Qofman və 17 yaşlı Anastasiya Qoloviznina ilə onların çalışdırıcısı, dəfələrlə Avropa və dünya çempionu olmuş Svetlana Kuşudur. Avropa çempionu olan rusiyalı akrobatlar Şotlandiya keçiriləcək qitə birinciliyinə hazırlaşırdılar. -------------------------------------------------------------------- Qamsaxurdiyanın oğlu tutulub Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu Sotne Tiflis hava limanında həbs olunub. O, dövlət çevriliş hazırlamaqda suçlanır və 2007-ci ilin noyabrından bəri axtarışda elan olunub. Gürcüstan mühfizəkarlar Partiyasından verilən məlumata görə, S.Şamsaxurdiya Konstitusiya Təhlükəsizliyi Departamentinin binasında saxlanılır. Onun vəkillərlə görüşünə icazə verilmir. 2007-ci ildə Sotne Qamsaxurdiyanın müxalifət liderləri, habelə rusiyalı diplomat İvan Volınkinlə telefon danışıqlarının lent yazıları açıqlanmışdı. İlk prezidentin oğlu Gürcüstanın indiki dövlət başçısı Mixail Saakaşvilini Onu indi 20 ilədək həbs gözləyir. Lent yazılarının açıqlanmasından sonra S.Qamsaxurdiya Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələrdə də ittiham olunub. Onu 20 il həbs gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar