SON XƏBƏRLƏR

Türkiyənin Azərbaycandakı Səfirliyi türk millətçiləri ilə görüşmək istəmir

2021.10.20, 07:36
Türkiyənin Azərbaycandakı Səfirliyi türk millətçiləri ilə görüşmək istəmir

Gunaz.tv
Türkiyənin Azərbaycandakı Səfirliyi türk millətçiləri ilə görüşmək istəmir image.php?img=6665 Vüqar Bəyturan: “Gülün Ermənistan səfəri həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına ziddir” Milli Qurtuluş Partiyasının başqanı, “Bizim Azərbaycan” Blokunun sədri Vüqar Bəyturan Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərinə təmsil etdiyi qurumların münasibətini açıqlayıb. Açıqlamada deyilir: “Biz ilk növbədə təəssüflənirik ki, Türkiyənin siyasi rəhbərliyi milli maraqlara uyğun olmayan addım ataraq, Azərbaycanın ərazilərinin işğal altında saxlayan, Türkiyəyə qarşı uydurma soyqırım iddiaları ilə çıxış edən təcavüzkar Ermənistana səfərə hazırlaşır. Bu addımın arxasında türk birliyinə, Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq istəyən maraqlı dairələr var və biz- türk millətçiləri bəyan edirik ki, onlar öz istəklərinə çata bilməyəcəklər. Hər iki dövlətin siyasi təşkilatları və xalqları başa düşür ki, ortada olan antitürk meyllərin heç bir əsası yoxdur.” MQP lideri eyni zamanda başqa maraqlı bir məsələyə də toxunub. Vüqar Bəyturan artıq 3 aydır ki, Türkiyənin Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etdiklərini və görüşmək istədiklərini bildirib. Səfirliyin məsul şəxsləri müxtəlif səbəbləri bəhanə gətirərək “Bizim Azərbaycan” Blokunun rəhbərliyi ilə görüşməkdən yayınır. MQP başqanı erməni saytlarında “Bizim Azərbaycan” Blokunun və Milli Qurtuluş Partiyasının Türkiyəpərəst qüvvə kimi tənqid atəşinə tutulduğu bir vaxtda Türkiyə Səfirliyinin sözügedən qurumlara ögey münasibət göstərməsini anlamadığını vurğulayıb. Vüqar Bəyturanın sözlərinə görə, Türkiyə Səfirliyində görüş keçirməkdə məqsədləri həm tanışlıq, həm də türk birliyinin gerçəkləşməsi istiqamətində səylərin birləşdirilməsi yolları barədə müzakirələr aparmaq olub.presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar