SON XƏBƏRLƏR

“XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU HAQQINDA” XÜSUSİ İŞÇİ QRUPUNUN 23-CÜ İCLASI IŞIƏNƏ BAŞLAYIB

2021.10.20, 07:36
“XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU HAQQINDA” XÜSUSİ İŞÇİ QRUPUNUN 23-CÜ İCLASI IŞIƏNƏ BAŞLAYIB

Gunaz.tv
“XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU HAQQINDA” XÜSUSİ İŞÇİ QRUPUNUN 23-CÜ İCLASI IŞIƏNƏ BAŞLAYIB xezer_denizi_1.jpg Bakıda “Xəzər dənizinin hüquqi statusu haqqında” konvensiyanın razılaşdırılması üzrə xüsusi işçi qrupunun bu dəqiqələrdə 23-cü iclası keçirilir. Toplantıda Xəzərin hüquqi statusu, dənizdə birgə əməkdaşlıq, təhlükəsizlik və digər məsələlər müzakirə ediləcək. Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda Xəzərin hüquqi statusu haqqında konvensiyanın mətni üzərində də fikir mübadiləsi aparılacaq. Xüsusi işçi qrupun 23-cü iclasında Xəzər hövzəsinin təhlükəsizliyinə dair layihənin hazırlanması da gözlənilir. Eyni zamanda toplantıda təhlükəsizlik üzrə konfransın tarixinin dəqiqləşdirilməsi nəzərdə tutulub. ./İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar